Nəqliyyat
Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi, Bakı-İsmayıllı, Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala, Balakən-Zaqatala, Quba-Xaçmaz şəhərlərarası, Nabran-Xudat qəsəbələrarası, eləcə də paytaxtın 332, 333, 334, 335 və 336 nömrəli qəsəbədaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-dan Publika.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 10 aprel 2025-ci il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
• İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Astara, Bakı-Bərdə, Bakı-Ağcabədi və Bakı-İsmayıllı istiqamətlərində 5 Lot üzrə aprelin 15-də;
• Bakı-Kürdəmir, Bakı-Oğuz, Bakı-Naftalan və Sumqayıt-Qusar istiqamətlərində 5 Lot üzrə aprelin 18-də;
• Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Gəncə-Masallı, Bərdə-Göyçay və Sabirabad-Lənkəran istiqamətlərində 5 Lot üzrə aprelin 22-də;
• Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Şəki-Zaqatala və Balakən-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 25-də;
• Quba-Xaçmaz, Nabran-Xudat istiqamətlərində, eləcə də paytaxtın 332 nömrəli qəsəbədaxili (Qala qəsəbəsi (152-ci Qala küçəsi) – Milli Aviasiya Akademiyası), 333 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Yeni yaşayış massivi – Binə qəsəbəsi (Sovxoz yaşayış massivi) avtobus marşrutları üzrə 4 Lotda aprelin 29-da;
• 334 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (karton fabriki) - Binə qəsəbəsi (Azərsun İstirahət Mərkəzi), 335 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (Sovxoz yaşayış massivi) - Binə qəsəbəsi (Elmaz Hacıyev küçəsi), 336 nömrəli qəsəbədaxili (Binə qəsəbəsi (137-ci Binə küçəsi, Pentensiar Xidmətin müalicə mərkəzi) - Binə qəsəbəsi (131-ci Binə küçəsi) avtobus marşrutları üzrə 3 Lotda mayın 2-də baxılacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi




































