Nəqliyyat
Aprelin 1-dən bu sənəd yalnız onlayn veriləcək
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada //e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, proses AYNA informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək.
Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız gücləndirilmiş ASAN İmza ilə mümkün olacaq. Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?











.jpg)




























