ABŞ İran iqtisadiyatını belə çökdürür - Rial tarixi minimuma düşdü
Bizi izləyin

Region

ABŞ İran iqtisadiyatını belə çökdürür - Rial tarixi minimuma düşdü

ABŞ İran iqtisadiyatını belə çökdürür - Rial tarixi minimuma düşdü

İran rialı tarixi minimuma düşərək bir ABŞ dolları üçün üç milyon rial həddinə yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Milli valyutanın zəifləməsi inflyasiyanın sürətlənməsi, ABŞ-ın sanksiyaları sərtləşdirməsi və İrana qarşı ticarət məhdudiyyətlərinin genişləndirilməsi fonunda baş verir.

Valyuta bazarını izləyən "Bonbast" saytının məlumatına görə, şənbə günü bir dollar təxminən 2,992 milyon riala satılıb. Halbuki əvvəlki gün bu göstərici 2,938 milyon rial təşkil edib. "Alanchand" saytı isə bir dolların təxminən 2,999 milyon rial olduğunu açıqlayıb ki, bu da əvvəlki göstəricidən 1,83 faiz çoxdur.

İran son onilliklərin ən kəskin inflyasiya sıçrayışlarından birini yaşayır. Artıq doqquz aydır davam edən müharibə vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb.

İyul ayında ABŞ İran limanlarına qarşı dəniz blokadasını bərpa edib, noyabrın əvvəlində isə İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah və sanksiyalara məruz qalan materialların daşınmasını məhdudlaşdırmaq məqsədi daşıyan “Iron Gate” əməliyyat qrupunun yaradıldığını elan edib. Bu həftə ABŞ Maliyyə Nazirliyi İran iqtisadiyyatını dünya bazarlarından təcrid etmək və kölgə bank şəbəkələrinin fəaliyyətini pozmaq məqsədilə yeni sanksiyalar tətbiq edib.

“İran iqtisadiyyatı çökür, ölkə rəhbərliyi isə təşviş içindədir”, — deyə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

İran Mərkəzi Bankının rəhbəri Əbdolnaser Hemməti şənbə günü ölkənin qarşıdakı aylarda ilkin tələbat mallarının və dərman vasitələrinin alınması üçün kifayət qədər valyuta ehtiyatına malik olduğunu bəyan edib. Bununla yanaşı, o, valyuta bazarına yalnız iqtisadi göstəricilərin deyil, həm də gözləntilərin və siyasi vəziyyətin təsir göstərdiyini etiraf edib.

“Valyuta bazarına iqtisadiyyat, gözləntilər və siyasət də daxil olmaqla, çoxsaylı amillər təsir göstərir. Biz onu mümkün qədər sabitləşdirməyə çalışırıq”, - deyə Hemməti dövlət televiziyasının efirində bildirib.

Rialın ucuzlaşması fonunda çoxsaylı iranlılar dollar, digər xarici valyutalar və qızıl almaqla əmanətlərini qorumağa çalışırlar.

İran Statistika Mərkəzinin məlumatına görə, oktyabr ayında istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 88,7 faiz artıb. Orta illik inflyasiya sürətlənərək 76,8 faizə çatıb, ərzaq məhsulları və içkilər isə illik müqayisədə 112,6 faiz bahalaşıb.

Avqust ayında rial artıq yeni antirekord müəyyənləşdirərək bir dollar üçün iki milyon həddini keçmişdi. İyul ayında ölkədə illik inflyasiya 66 faizə çatmışdı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm