Həmin plan hələ də masadadır - Əraqçi açıqladı
Bizi izləyin

Region

Həmin plan hələ də masadadır - Əraqçi açıqladı

Həmin plan hələ də masadadır - Əraqçi açıqladı

İranın ABŞ ilə danışıqlara dair iki günlük planı hələ də qüvvədədir.

Publika.az “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

A.Əraqçi İranın iki günlük planının hələ də masada olduğunu qeyd edərək deyib: "Bu plan ağlabatan və balanslıdır. İranın tələbləri yerinə yetirilərsə, bu, qısa müddət ərzində Hörmüz boğazının açılmasına və yekun razılaşmaya nail olmaq üçün danışıqların başlanmasına səbəb ola bilər; lakin biz hələ onu həyata keçirmək mərhələsinə çatmamışıq".

O, İranın tələblərinin qəribə və ya yeni bir şey olmadığını bildirib. “Vasitəçi ölkələr, yəni Qətər və Pakistan səylərini davam etdirirlər və tərəflər arasında bu planın həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq fikir mübadiləsi aparırlar”, - deyə nazir əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm