İdman
İki qadın cüdoçumuz Avropa Açıq Turnirində qızıl medal qazandı - Foto
İtaliyanın paytaxtı Romada keçirilən Avropa Açıq Turnirinin ikinci günündə Azərbaycan millisinin üzvləri Şəfəq Həmidova və Aydan Vəliyeva qızıl medal qazanıblar.
Publika.az xəbər verir ki, -48 kq çəki dərəcəsində çıxış edən Şəfəq Həmidova 1/4 finalda Elena Quarduçi, yarımfinalda isə Culiya Qilyoneyə (hər ikisi İtaliya) qalib gəlib. Həlledici qarşılaşmada Almaniya təmsilçisi Sara İşt üzərində qələbə qazanan cüdoçumuz çempion tituluna yiyələnib.
Qeyd edək ki, -52 kq çəkidə mübarizə aparan Aydan Vəliyeva finala gedən yolda italiyalı Aziya Avanzato və Alessandra Rokkonu üstələyib. Təmsilçimiz həlledici görüşdə digər İtaliya idmançısı İlariya Finestronedən üstün olub.
Xatırladaq ki, turnirin ilk günündə Madina Kaisinova (+78 kq) bürünc medala sahib olub.
Beləliklə, millimiz yarışı 2 qızıl və 1 bürünc medalla başa vuraraq 38 ölkə arasında ümumi komanda hesabında üçüncü, qadınlar arasında isə ikinci yeri tutub.
Qeyd edək ki, 261 cüdoçunun iştirak etdiyi turnirdə Azərbaycan 6 qadın idmançı ilə təmsil olunub.
-
İdman21:40Rafinyanın het-triki "Barselona"ya böyükhesablı qələbə qazandırdı - Video
-
Magazin219:36Məşhur cütlük 7 illik münasibətinə son qoydu - Əvvəlcə ayrı evlərə köçüblər
-
Art18:48Azərbaycanın tanınmış aktyoru küçələrdə yaşayır - Video
-
Səhiyyə18:24Beyində psixi pozuntuların inkişafını ləngidən “əyləc” aşkarlandı
-
Ekologiya18:00Hidrometeoroloqlardan xəbərdarlıq - Temperatur 5-8 dərəcə enəcək
-
Magazin217:24Aktrisa 2,3 milyonluq saatı ilə gündəm oldu - FOTO
-
Magazin216:40Filmdə geyindiyi libası 267 minə satacaqlar - FOTOLAR
-
Yaxın Şərq16:05Ərəb Koalisiyası husilərə qarşı hərbi əməliyyata başladı





































