Nəqliyyat
Məktəblər və universitetlər açılır: Bakıda nəqliyyatın iş rejimi necə dəyişəcək?
Sentyabrın 15-dən Azərbaycanda məktəb və universitetlərdə yeni tədris prosesi başlayır. Bəs yeni tədris ilində artacaq sərnişin tələbatını qarşılamaq, sıxlığın qarşısını almaq və hərəkətin fasiləsizliyini təmin etmək üçün nəqliyyat sistemində hansı tədbirlər görülüb?
Şəhərətrafı qatarların reyslərinin sayı artırılır
Sentyabrın 15-dən şəhərətrafı qatarların yeni hərəkət cədvəli tətbiq ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) məlumatına görə, yeni qrafiklə şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya çatdırılacaq.
Eyni zamanda, Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.
Sərnişin axınının daha çevik idarə olunması məqsədilə sentyabrın 15-dən Bakı Dəmiryol Vağzalında 11 yeni turniketin quraşdırıldığı əlavə zal da istifadəyə veriləcək. Bununla vağzaldakı turniketlərin ümumi sayı 46-ya çatacaq.
Metroda qatarların hərəkət intervalları azaldılır
Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metrosunda qatarların hərəkət intervalları azaldılacaq.
Aparılan texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində sentyabrın 15-dən Qırmızı xəttin “İçərişəhər–Əhmədli” sahəsində pik saatlarda qatarların hərəkət intervalı 2 dəqiqə olacaq.
Yaşıl xətdə sərnişin sıxlığından asılı olaraq zərurət yarandığı halda mövcud 3 dəqiqə 30 saniyəlik interval 3 dəqiqəyədək azaldılacaq.
Bənövşəyi xətdə isə payız-qış hərəkət qrafikinə keçidlə əlaqədar “Avtovağzal–8 Noyabr” sahəsində qatarlar 5 dəqiqəlik, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik intervalla hərəkət edəcək.
İctimai nəqliyyatda avtobusların sayı rekord həddə çatdırılır
Sentyabrın 15-dən paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-a çatdırılacaq.
Bu, son illərin ən yüksək göstəricisidir. 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu göstərici 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-a yüksəlib.
Beləliklə, 2022-ci illə müqayisədə paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42 faiz artıb. Ötən illə müqayisədə isə xətlərə 200-ə yaxın əlavə avtobus çıxarılır.
Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres xətt təşkil olunub, 28 müntəzəm xətt gücləndirilib.
Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlərin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur. (Trend)
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
-
Hadisə05:45Şabranda qədim qəbiristanlıqda nə baş verib? - Şeyxin məzarı açıldı
-
İdman05:15Avropa Liqasının favoritləri - Superkompüter açıqladı
-
Dünya02:19Hörmüz boğazında neft tankeri partladı - Minalara çırpılıb
-
Qoroskop01:20Günün ulduz falı: Planlarınızda dəyişikliklər olacaq
-
Ekopublika.az14 Sentyabr 22:04Nüfuzlu agentlikdən manatla bağlı mühüm proqnoz: Gələn il...







.jpg)




.jpg)
























