Nəqliyyat
Gec olmadan tədbir görün: Rəsmi qurumdan xəbərdarlıq
Bu ilin ilk 9 ayında velosipedçilərin vurulması ilə nəticələnən 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 9 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) velosipedçilərə müraciətində bildirilib.
Qeyd olunub ki, velosipedçilər yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sırasındadırlar. Velosipedlərdə qəza zamanı sürücünü qoruya biləcək konstruktiv təhlükəsizlik elementlərinin olmaması toqquşmaların ağır nəticələrə səbəb olma riskini artırır.
BDYPİ xüsusilə respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrində velosipedlə hərəkət edən şəxsləri ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, sutkanın qaranlıq vaxtı və görünmənin məhdud olduğu şəraitdə görünürlüğü təmin edən tədbirlər görmədən, eləcə də texniki cəhətdən nasaz və lazımi avadanlıqla təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yollarına çıxmaq ağır nəticəli qəzaların başvermə riskini artırır.
Qanunvericiliyə əsasən, velosipedlərin avtomagistrallarda hərəkəti qadağandır. Velosipedçilər xüsusi velosiped zolağı ilə, belə zolaq olmadıqda isə yolun hərəkət hissəsinin kənarı və ya yol çiyini ilə hərəkət etməlidirlər. Həmçinin velosipedlər texniki cəhətdən saz və lazımi avadanlıqla təchiz olunmalı, idarəetməyə mane olan yük və ya sərnişin daşınmamalıdır.
İdarə velosipedçiləri və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırıb.
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO




































.jpg)

