Nida.az
İqbal Ağazadə bu qızı niyə izlətdirir? – TƏFƏRRÜAT

Parlament seçkilərində 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə iddia edir ki, onun səlahiyyətli nümayəndəsi Günel Babayevaya hədə-qorxu gəlinir.
Publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 7-də G.Babayeva evlərinə gedərkən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Ülvi Seyidəli oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Muradov “Daimlerchreysler” markalı, 50 BZ 661 nömrəli avtomobildə onu izləyiblər. Məsələ ilə bağlı polisə müraciət edilib. Hazırda Xətai rayon polis idarəsinin 35-ci polis şöbəsində tədqiqat-araşdırma aparılır.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ASDP sədri Araz Əlizadə bildirib ki, onun səlahiyyətli nümayəndəsini 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə izlətdirir:
“Günel Babayevanı izləyən şəxslər onun evinə gələrək anası
Sevinc xanıma qızının onlarla getməli olduğunu deyiblər. Lakin
Sevinc xanım qapını açmayıb. Gələn adamlar tələblərinin yerinə
yetirilmədiyini görəndən sonra çıxıb gediblər. Günel xanımın anası
avtomobilin nömrəsini götürə bilib və polisə müraciət ediblər.
Polis həmin şəxsləri artıq saxlayıb”.
A.Əlizadə qeyd edib ki, gələn şəxslər İqbal Ağazadənin qardaşı
İlqar Ağazadəyə məxsus beton zavodunun işçiləri olub: “Polisin
araşdırmasından sonra məlum olub ki, həmin şəxsləri İqbal
Ağazadənin qardaşı göndərib. Guya iddia edirlər ki, Günel xanımın
vasitəsilə mənim seçki qərargahıma daxil olaraq qanun pozuntusuna
yol verib-vermədiyimi öyrənmək istəyirmişlər. Lakin mən buna
inanmıram. İqbal Ağazadənin məqsədi Günel Babayevanı susdurmaq
olub. Çünki mənim səlahiyyətli nümayəndəm, İqbal Ağazadədən seçki
prosesinin pozulması haqda şikayət etmişdi. Oktyabrın 5-də şikayətə
baxıldı və İqbal Ağazadəyə xəbərdarlıq edildi. İqbal Ağazadə də
adamlarını Günel xanımın üstünə göndərərək onu qorxutmaq istəyib.
Biz məsələnin üzərinə gedəcəyik və prokurorluğa şikayət
edəcəyik”.
Asif Nərimanlı

-
Region21:13
Qaydaları pozan rus həkim Ankarada SAXLANILDI
-
Avropa19:36
Parisdə ETİRAZ DALĞASI: onlarla reys təxirə salındı
-
Magazin118:36
Fatimədən İRAD: "Mənim heç yerim sallanmır" - VİDEO
-
Sosial17:58
Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirdi
-
Nida Təhlil 17:18
Azərbaycan polisi: onlar dövlət və xalq naminə daim xidmətdədir
-
Rəsmi xronika17:13
İlham Əliyev fərman imzaladı
-
Sosial16:58
Hərbçimizin ölümü ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə16:24
Hərbçimiz həlak oldu