Nida.az
Fəzail Ağamalı Salyanda seçiciləri ilə görüşdü – FOTOLAR
Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Çuxanlı və Parça-Xalac inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, görüşdə çıxış edən Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Ziyafət Şirinov görüşü açaraq, sözü seçicilərə verib.
Kənd ağsaqqallarından Zakir İbrahimov, Ağaverdi Fətəliyev, təqaüdçü Xəzəngül Sadıqova, müəllimə Zemfira Qədirova və Sevinc Səfərova, kənd ziyalıları Fikrət Qafarov, Sərvət Xəlilov, Mirzəbəy Atayev, sahibkar Avdı Həsənov, kənd sakini Ağa Abbasov və digər şəxslər çıxış edərək, kəndlərdə yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırıblar.
Vasif Həsənli – Salyan
Fotolar müəllifə məxsusdur
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
-
Qarabağ 14:42Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında oldu

























.png)

.jpg)






