Okampodan etiraf: Avropada Bakıya hücumu Rusiyadakı ermənilər maliyyələşdirib - Detallar
Bizi izləyin

Nida Təhlil

Okampodan etiraf: Avropada Bakıya hücumu Rusiyadakı ermənilər maliyyələşdirib - Detallar

Okampodan etiraf: Avropada Bakıya hücumu Rusiyadakı ermənilər maliyyələşdirib - Detallar

Avropada Azərbaycana qarşı qərarların, qarayaxma kampaniyalarının arxasında erməni diasporu/lobbisinin dayandığı sirr deyil. Bu şəbəkənin fəal üzvlərindən olan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun görüntüləri və etiraf etdiyi faktlar bunu bir daha ispatladı. Bu, artıq hansısa informasiya, yaxud mövqe deyil, birbaşa anti-Azərbaycan hücumlarında iştirak edən şəxsin dilindən etirafdır. Daha öncə yayımladığımız “Sensasiyalı etiraflar: Erməni lobbisinin Azərbaycan və sülhə qarşı planı ifşa olundu” məqalədə bu haqda detallar yer alıb.

Okamponun yayılan yeni görüntüləri- etirafları isə anti-Azərbaycan işinin maliyyə mənbələrinə diqqət çəkir. O, həmsöhbətində etiraf edir ki, ermənilərdən “bir az” pul alıb.

Etirafları təqdim edirik:

Luis Moreno Okampo: “Mən ermənilərdən bir az pul aldım”

Həmsöhbət: “Aha”

Luis Moreno Okampo: “Beləliklə, başlanğıcda ermənilər, mən…”

Həmsöhbət: “ABŞ-da?”

Luis Moreno Okampo: “Xeyr, Rusiyadan olan ermənidən… Onlar Rusiya ilə heç bir problem yaşanmamasını istəmirlər. Onlar üçün anonimlik əsasdır”

Həmsöhbət: “Yaxşı. Amma biz Rusiyadan kənarda yaşayan ruslardan danışırıq? Yoxsa Rusiyadakı ruslardan?”

Luis Moreno Okampo: “Onlar xaricə səyahət edirlər; onların hər yerdə maraqları var, mütləq Rusiyada olmaları şərt deyil. Bəziləri, hamısı yox. Amma mən deyərdim ki, bunlar məxfi şəkildə baş verir”

Luis Moreno Okampo: “Əvvəlcə mən bunu təmənnasız (pro bono) etdim. İlk hesabat təmənnasız idi. Sonra Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) bir işi dəstəkləmək üçün Amerika fondlarından birində dəstək aldım. Sonra sosial media kampaniyasını da, demək olar ki, təmənnasız etdim. Və indi Rusiya ermənilərindən ibarət bir qrup onların daha davamlı kampaniyasını maliyyələşdirmək üçün fond yaradır”

Həmsöhbət: “Deməli, layihəniz nə vaxta qədər davam edəcək?”

Luis Moreno Okampo: “Heç bir fikrim yoxdur. Çünki indi bizim… erməni məsələsində bunu maliyyələşdirən insanlar qrupu var. Və bizim may ayınadək öhdəliyimiz var, amma mənim etdiyim odur ki…”

Həmsöhbət: “Həm də Ermənistanda olan azlıq?”

Luis Moreno Okampo: “Xeyr, maliyyələşdirən qrup…”

Həmsöhbət: “Hə, bəzi varlı ermənilər…Onlar axı nə edirlər?”

Luis Moreno Okampo: “Çünki onlar ermənidirlər. Çünki onlar ermənidirlər”

Həmsöhbət: “Onlar hökumətin bir hissəsidir, yoxsa QHT-lərdir? Onlar mənim kimi insanlardır, ya necə?”

Luis Moreno Okampo: “Xeyr, xeyr, xeyr. Bilirsiniz nə var? Onlar Rusiyada yaşayırlar”.



(Videogörüntülər “Minval Politika”ya məxsusdur).

Etiraflar hər şeyi təsdiq edir. Avropa strukturlarında Azərbaycana qarşı qərarların sponsorları erməni biznesmenlərdir. Okampo onların Rusiyadan olan ermənilər olduğunu dəqiqləşdirir. İstisna deyil ki, söhbət hazırda Ermənistanda baş nazirliyə namizəd olan milyarder Samvel Karapetyan və digərlərindən gedir. Burada məqsəd təkcə Azərbaycanı ittiham etmək, rəsmi Bakıya qarşı təzyiq siyasəti yürütmək deyil, eyni zamanda, Cənubi Qafqazda yaranan yeni sülh reallıqlarını arxa plana keçirməkdir. Okampo etiraf edir ki, onun pul aldığı ermənilər Ermənistan hökumətinə bağlı deyil. Dünən yayılan videogörüntülər də bunu deməyə əsas verir. Okampo ilə yanaşı, vodegörüntüləri yayılan Tomas Moreno Okampo etiraf edirdi ki, onların əsas “missiyası” Ermənistanda parlament seçkiləri zamanı baş nazir Nikol Paşinyanı devirməkdir.


Beləliklə, anti-sülh şəbəkəsində Okampo və onunla eyni komandada təmsil olunan avropalı siyasətçilər – Cozep Borrel və digərləri, eləcə də Rusiyadakı erməni biznemsnelərin yer aldığı faktı ortaya çıxır. Və belə görünür ki, Cənubi Qafqazda sülhə qarşı Avropadakı siyasətçilər Rusiya ilə birgə fəliyyət göstərirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm