Fəzail Ağamalı: “Hər kəs MTN işindən nəticə çıxarmalıdır”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Hər kəs MTN işindən nəticə çıxarmalıdır”

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 vəzifəli şəxsinin Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilməsinə münasibət bildirib.

Deputat F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, Respublika Baş Prokurorluğunun bu gün yaydığı rəsmi açıqlama birmənalı şəkildə onu göstərir ki, artıq MTN-nin yüksək rütbəli zabitləri və rəhbər şəxsləri Cinayət Məcəlləsinin 3 ciddi maddəsi ilə ittiham olunurlar: “Hələ Respublika Baş Prokurorluğunun bu bəyanatı açıqlanmamışdan öncə mən kütləvi informasiya vasitələrinin (KİV) suallarına cavab verən zaman da ehtimalları ortaya qoymuşdum. Baxmayaraq ki, mən heç zaman ehtimal üzərində fikir yürütmürəm. Ancaq nəzərə alsaq ki, MTN kimi ciddi bir qurumun rəhbərliyi haqqında ölkə başçısı tərəfindən bu cür addımlar atılıb, bu, doğrudan da, cəmiyyəti narahat edən və dövlətçiliyimiz üçün təhlükə törədə bilən məqamlardan xəbər verirdi. Yəni, istər-istəməz bu barədə düşünməli olurduq. Çünki MTN-nin yüksək rütbəli zabitlərinin işdən azad edilməsi və onların fəaliyyətlərinin məhdudlaşdırılması bizə bu nəticəyə gəlməyə əsas verirdi”.

F.Ağamalı qeyd edib ki, Respublika Baş Prokurorluğunun bu gün yaydığı rəsmi açıqlama artıq deyilənləri sübut etməkdədir: “Mənə elə gəlir ki, onlara qarşı qanunun bütün tələbləri ilə sərt tədbirlər görüləcək.

Düşünürəm ki, hər kəs MTN işindən nəticə çıxarmalıdır. Hər bir yüksək vəzifəli məmur Azərbaycan dövlətinə və onun müstəqilliyinə sədaqət nümayiş etdirməlidir, sahibkarlara qarşı qanundan kənar münasibət nümayiş etdirməməlidir, məmurlar səlahiyyət həddini keçməməlidir. Ölkə prezidentinin iradəsi artıq daha kəskin şəkildə müşahidə olunur. Məncə, hər kəs bundan ciddi nəticə çıxarmalıdır və düşünürəm ki, bu, belə də olacaq. Mən cəmiyyətin içərisində olan bir adam kimi deyə bilərəm ki, əhali ölkə prezidentinin bu addımını çox geniş şəkildə müzakirə və təqdir edir. Azərbaycan cəmiyyətində ölkə prezidentinin atmış olduğu bu addım çox yüksək səviyyədə qarşılanıb. Xüsusi olaraq sahibkarlardan bizə müraciətlər olunur və ölkə prezidentinə dəstək və təşəkkür ifadə olunur. Ölkə prezidenti bu addımı ilə bir daha Azərbaycan xalqına xidmət etdiyini nümayiş etdirdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm