Nida Xəbər
ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqlədi
ABŞ Yaxın Şərqdəki müttəfiqləri İsrail, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə 8,6 milyard dollardan çox dəyərində silah satışını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, İsrail hökumətinə “Qabaqcıl Dəqiq Zərbə Silahı Sistemi” (APKWS) və əlaqəli avadanlıqların potensial satışı təsdiqlənib. Layihənin ümumi dəyəri 992,4 milyon dollar olaraq qiymətləndirilir.
Sənədə əsasən, APKWS sistemləri Qətərə 992,4 milyon dollara, Birləşmiş Ərəb Əmirliklərinə isə 147,6 milyon dollara satılacaq.
Bundan əlavə, Dövlət Departamenti Qətərə 4,01 milyard dollar dəyərində “Patriot” hava və raketdən müdafiə sistemi və əlaqəli avadanlıqların satışına icazə verib. Küveytə isə inteqrasiya olunmuş döyüş idarəetmə sistemi və əlaqəli avadanlıqlar ümumilikdə 2,5 milyard dollara satılacaq.
Vurğulanıb ki, bu qərarlar ABŞ-ın milli təhlükəsizlik maraqları baxımından həmin müdafiə məhsulları və xidmətlərinin təcili satışını tələb edən fövqəladə vəziyyətə əsaslanaraq qəbul edilib.
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ















.jpg)




.jpg)
















