Nida.az
“Ermənilər qaçırlar” – Rusiyalı jurnalistin Qarabağ reportajı sirləri açır
Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində yerləşdirilən ermənilər ordumuzun erməni hərbi
birləşmələrinə şiddətli cavab atəşindən qorxuya düşərək
qaçırlar.
Publika.az xəbər verir ki, Rusiyanın “Qazeta.ru”
portalının müxbiri Aleksandr Rubinin Dağlıq Qarabağa qanunsuz səfər
edərək hazırladığı reportajdan belə nəticəyə gəlmək olar.
Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni gedən rusiyalı
müxbir yazır ki, ermənilər Qarabağ müharibəsində olduğu kimi indi
də zirzəmilərdə gizlənirlər.
“Erməni zabitlərinin müşayiəti ilə cəbhə xəttinin şərq
istiqamətində olduq. Yolun yanında dərdin səngərlər var. Bu birinci
cəbhə xəttidir və orada gənc əsgərlərlə zabitlər xidmət edir.
Səngərin önü dəmir-betonla örtülüb. Mayor Aşot danışır ki,
dəmir-betonlar iki il öncə qurulub. Bir neçə yüz metrdən sonra
Azərbaycan kəndlərindəki evlərin damları parıldayır. İki düşməni
sadəcə bir neçə yüz metr ayırır”, - deyə reportajda bildirilir.
A. Rubinin yazdıqları arasında diqqət çəkən məqamlardan biri də
işğal olunmuş Dağlıq Qarabağa göndərilən pullarla bağlıdır.
“Qarabağa erməni diasporu xaricdən pul göndərir. Həmçinin,
Rusiyanın erməni əsilli biznesmenləri bura pul ayırır”, - deyə o
yazır.
Jurnalist qeyd edir ki, Azərbaycan şəhəri Ağdama baş çəkmək mümkün
deyil: “Bu, yalnız hərbi icazə nəticəsində mümkün ola bilər”.
Rubin daha sonra yazır ki, Qarabağda yalnız Ermənistanın müxtəlif
bölgələrindən olanlar yaşamır: “Bura Suriyadan qaçan ermənilər də
yerləşdirilib. Statistikaya görə, Suriyadan gələn təxminən 60 ailə
burada yaşayır. Suriya qaçqınları Laçın rayonunun yaxınlığında
tikilən evlərdə yerləşiblər”.
Rusiyalı jurnalistin bu reportajında Ermənistanın Azərbaycanın
işğal olunmuş Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd olan qanunsuz
addımları da ortaya çıxarır.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Novruz və Pasxa
bayramlarında atəşkəsə əməl edilməsi ilə bağlı çağırışı ilk olaraq
Ermənistan tərəfi pozub. Azərbaycan Ordusunun cavab atəşi isə
düşmən tərəfi ciddi təşvişə salıb.
A. Rubinin yazdığına görə, Dağlıq Qarabağda yaşayan ermənilər qorxu
içindədir və onlar qaçmağa hazırlaşırlar.
Misal üçün, məktəb müəllimi Vank Mariam Levon vəziyyətin yaxşı
olmadığını bildirir.
Asif Nərimanlı
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA








.jpg)























