Nida.az
Şeyx Türkiyəyə 100 min dollar verdi
Azərbaycan xalqı adından Türkiyədə dövlət çevrilişi cəhdi zamanı yaralananların müalicəsi üçün 100 min dollar məbləğində vəsait çatdırılıb.
"Report"un məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, hacı Allahşükür Paşazadə Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanla görüşdə bildirib.
QMİ sədri 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Yüksək diqqət və qayğıya, göstərilən yardıma görə minnətdarlığını bildirən İsmayıl Qəhrəman Prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunan sammitdə "Türkiyə nümayəndələri burada yoxdur, ancaq mən buradayam" deyərək Ermənistan prezidentinin böhtan dolu çıxışına layiqli cavab verməsinin əsl qardaşlıq nümunəsi olduğunu və əbədi olaraq Türkiyə xalqının yaddaşında qalacağını bildirib.
Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixinə dair maraqlı məqamlar xatırlanıb, əlaqələrimizin hazırkı vəziyyəti yüksək qiymətləndirilib.
A.Paşazadə Ankarada IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransında çıxışı zamanı isə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını söyləyib. Prezident İlham Əliyevin Türkiyə xalqı və dövlətinin yanında olması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.
O, həmçinin təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini, xalqımıza qarşı ermənilər tərəfindən dəfələrlə ağır terror aktları törədildiyini diqqətə çatdırıb.
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO






































