Nida Xəbər
Mərakeş Azərbaycana başsağlığı verdi
Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Mətili Muğanın Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində mina hadisəsi nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verib.
Publika.az xəbər verir ki, diplomat bununla bağlı "Facebook"da müvafiq paylaşım edib.
Diplomat qeyd edib ki, aprelin 14-də Füzuli rayonunda tank əleyhinə minanın partlaması nəticəsində baş verən faciə xəbərini dərin kədərlə qarşılayıb.
"Mərakeşin səfiri olaraq, onun ailəsinə, həmkarlarına və yaxınlarına ən səmimi başsağlığımı bildirmək, həmçinin Azərbaycan hökumətinə və xalqına dərin hüznümü ifadə etmək istəyirəm", - o yazıb.
Xatırladaq ki, bu gün ANAMA əməkdaşı Mətili Muğan Rəfayıl oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini icra edərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi






















.jpg)














