Nida.az
MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxiş keçirilib - FOTO
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir.
MSK-dan Publika.az-a verilən məlumata görə, sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.
Qeyd olunub ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Ölkəmiz müxtəlif çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər. Azərbaycanda keçirilən həm seçki, həm də referendumda şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən də geniş istifadə olunur ki, bu da prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır.
Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək ümumxalq səsverməsində (referendumda) də davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Səsvermə günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA







.jpg)


.jpg)





















