Nida.az
ABŞ-dakı prezident seçkiləri ilə bağlı politoloqdan ŞƏRH
"Əgər Donald Trampın radikal çıxışları olmasaydı, onun prezident seçilmək şansı yüksək olardı".
Bunu Publika.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən deyib.
F.Mehdiyev bildirib ki, ABŞ-da prezidenti birbaşa xalq seçmir: "Prezident ara seçkiləri ilə seçilir. Xalq isə ara seçkilərində səs verəndə bilir ki, Demokratlar Partiyasının üzvləri ancaq öz namizədlərinə səs verə bilər. ABŞ-da ara seçkiləri ilə artıq kimin prezident seçiləcəyini indidən müəyyən etmək olar. Mən də düşünürəm ki, Hillari Klinton prezident seçiləcək".
Politoloq qeyd edib ki, Hillari Klintonun şəxsi elektron poçtundan rəsmi yazışmalarda istifadə etməsi məsələsi qalmaqala səbəb olub: "Bununla bağlı istintaq açılmışdı və araşdırmalar gedəndən sonra dayandırılıdı. İndi həmin istintaq yenidən açılıb. Hillari Klintonun şəxsi yazışmalarında dövlət sirrinin olması ehtimalları var. Baxmayaraq ki, bu gün Amerikada müəyyən dairələr Donald Trampın seçilməsini istəyirlər. Hillari Klintonla Donald Tramp arasında elə ciddi səs fərqi də yoxdur. Ancaq Donald Trampın kifayət qədər radikal çıxışları olub. Xüsusilə də onun miqrantlara qarşı sərt mövqeyi xarici əlaqələrdə perspektiv bəxş etmir. ABŞ-da "dərin dövlət" adlanan qurumlar var. Onlar hansı namizədin tərəfini tutursa, o da prezident seçilir. Mən hesab edirəm ki, ABŞ-ın yeni prezidenti Hillari Klinton seçiləcək. Seçkiöncəsi sorğuların nəticəsi də əslində, bunu göstərir. Hətta, Hillari Klinton haqqında aparılan istintaq və "seks skandalı" belə onun seçilməsinə mane ola bilməyəcək".
Vasif Həsənli
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı































.jpg)

