Almaniyada “Dünya Azərbaycanlılarının Forumu” keçiriləcək
Bizi izləyin

Nida.az

Almaniyada “Dünya Azərbaycanlılarının Forumu” keçiriləcək

Fevralın 4-də Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Forumu” keçiriləcək.

Fevralın 4-də Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Forumu" keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev məlumat verib.

O bildirib ki, Köln şəhərində təşkil olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diaspor fəalları ilə yanaşı Almaniyada fəaliyyət göstərən siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, millət vəkillərinin, bir sıra beynəlxalq qurumların nümayəndələri iştirak edəcək.

Forumun ilk iki saatında "Vision of Azerbaijan" (Azərbaycanın mənzərəsi) adı altında Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turist bölgələrinin təqdimatı olacaq.

Daha sonra bu il almanların Azərbaycana köç etməsinin 200 ili tamam olduğu üçün forumda həmin tarixə həsr olunan film nümayiş olunacaq. Bundan başqa, "Mədəniyyətlər və dinlərarası dialoq: Azərbaycan nümunəsi" mövzusunda müzakirələr nəzərdə tutulub.

Forumda Dünya Azərbaycanlılarının indiki vəziyyəti, problemləri, onların həlli yolları, qarşıda duran vəzifələr, Gürcüstan, İran, Dərbənddə, İraqda, eləcə də başqa ölkələrdə kompakt yaşayan soydaşlarımızın vəziyyəti, Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi, Dünya Azərbaycanlıları Assambleyasının fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Toplantıya Azərbaycan hökumət nümayəndələri, Diaspora Komitəsi rəhbərliyi, millət vəkilləri və bir sıra fəal ictimai siyasi qurumların təmsilçiləri də dəvət olunacaq.

Bu forumun digər məqsədi dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məsələləri müzakirə etmək, bundan başqa, Azərbaycan təşkilatlarının bir biriləri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına töhfə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm