Nida.az
Qüdrət Həsənquliyev: “Nifrət sağlam düşüncəyə qalib gəldi”
"Seçkilərin nəticələri göstərdi ki, Amerika cəmiyyətində islamafobiya, irqçilik, miqrantlara qarşı nifrət bizim düşündüyümüzdən də dərin köklərə malikdir".
Publika.az xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-da keçirilən seçkilərin nəticələri ilə bağlı partiyanın mətbuat xidmətinə açıqlamasında belə deyib.
Qüdrət Həsənquliyev ABŞ-dakı seçkilər barədə məlumatların bütün dünyada bu ölkənin kütləvi informasiya vasitələrindən alındığını vurğulayıb: "Kütləvi informasiya vasitələri Klintonu dəstəkləyirdi. ABŞ-ın siyasi elitası da, transmilli korparasiyalar da, dövlət hakimiyyət orqanları da Kilintonu müdafiə edirdi. Klinton peşəkar siyasətçi kimi bir çox keyfiyyətlərinə görə rəqibi Trampı üstələyirdi. Onun seçki platforması da daha rasional idi. Mən də daxil olmaqli çoxları onun qalib gələcəyini proqnazlaşdırırdı. Keçirilən bütün rəy soğularında Hillarinin öndə olmasına baxmayaraq o uduzdu. Keçirilən rəy sorğularınin da saxtalaşdırıldığı ortaya çıxdı".
BAXCP sədrinin qənaətinə görə, seçkilərin nəticələri Amerika cəmiyyətində islamafobiya, irqçilik və miqrantlara qarşı nifrətin bizim düşündüyümüzdən də dərin köklərə malik olduğunu ortaya qoyub: "Bu iki faktor və əhalinin 65%-nin ağ dərili olması Trampın qələbəsini təmin etdi. Nifrət sağlam düşüncəyə qalib gəldi. Amerika siyasi elitası və mətbuat zamanında körüklədiyi nifrətin qurbanı oldu. Eyni faktorlar BREXİT tərəfdarlarının qələbəsini Böyük Britaniyada təmin etmişdi. Düşünürəm ki,Trampın qələbəsindən sonra Rusiyanın dünya siyasətindəki rolu xeyli güclənəcək.Tramp seçki vədlərini yerinə yetirməyə başlasa, ABŞ müttəfiqlərini itirəcək, daxili gərginlik artacaq, dünya iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. Bundan sonra ya o, hakimiyyətdən uzaqlaşdırılacaq, ya da bizi ciddi sürpirizlər gözləyir".
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO

















.jpg)

.jpg)


















