Nida.az
Cəbhədən İrəvana mesaj, Qarabağda Rusiya-İsrail... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir. Rusiya prezidenti Vladimir Putin Şərqi Avropanın iki ölkəsində “çevriliş”ə nail oldu. ABŞ-ın yeni prezidenti Donald Tramp Vaşinqtonun Suriya rejimi ilə bağlı siyasətini dəyişdirəcəyi mesajı verib. Suriyanın strateji əhəmiyyətli Əl-Bab şəhərinin İŞİD-dən azad edilməsi üçün keçiriləcək əməliyyatın son mərhələsi başlayır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Bloomberg” nəşri Dağlıq Qarabağda hərbi
əməliyyatların yenidən başlama ehtimalını qiymətləndirib. Nəşr qeyd
edir ki, Azərbaycan və Ermənistan texniki nöqteyi-nəzərdən
müharibəyə hazırdır”.
“Bloomberg” yazıb ki, Qarabağda Rusiyanın “İsgəndər”ləri ilə
İsrailin "Dron"ları üz-üzə gələcək: “Ermənistan və Azərbaycan aprel
müharibəsindən sonra öz hərbi güclərini artırmaq istiqamətində
addımlar atdılar. Ermənistan Rusiyadan “İsgəndər”lər aldı (hansı
ki, bu raketlərin Gümrüdəki rus bazasına məxsus olduğu aydındır),
Azərbaycan isə İsraildən "Dron"larını öz hərbi arsenalına daxil
edir, həmçinin Pakistandan yüksəktexnologiyalı silahları idxal
etməyi düşünür”.
London institutunun ekspertləri nəşrə bildiriblər ki, Qarabağda
ciddi partlayış təhlükəsi mövcuddur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya prezidenti Vladimir Putin isə Ermənistanla
Vahid Ordu Birləşmələrinin yaradılması haqda bir müddət öncə əldə
olunan razılaşmanı imzalamaq haqda sərəncam
verib.
Qeyd edək ki, Vahid Ordu Birləşmələrinin fəaliyyəti ilkin olaraq
beş il müddətində nəzərdə tutur. Bu birləşmənin rəhbəri iki ölkə
prezidentləri tərəfindən təyin olunur. Dinc şəraitdə birləşmiş ordu
Ermənistanın Baş Qərargahına tabe olacaq. Müharibə şəraitində isə
tabeçilik birbaşa Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinə
keçəcək.
Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A ("Solnçepyok") ağır od püskürmə sistemi verəcək. Bu barədə informasiya Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında yer alıb.
Hesabata əsasən, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və İqla-S zenit-raket kompleksləri də alacaq. Bu silahların hamısı İrəvana Moskvanın bir neçə ay öncə ayırdığı 200 milyon dollar kredit sayəsində veriləcək.
Tramp faktoru və cəbhədən İrəvana Qarabağ XƏBƏRDARLIĞI
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən şənbə günü cəbhə bölgəsinə səfər etdi. Ali Baş Komandanın səfəri bölgədə sosial-iqtisadi infrastrukturun yaradılması ilə yanaşı, həm də düşmənə mesaj idi.
"Lragir" saytı Azərbaycan Prezidentinin cəbhəyə hərbi formada
səfərinə diqqət çəkərək, Ermənistan prezidentinin qorxaq olduğunu
yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın bu günlərdə verdiyi bəyanatlar gündəmdə yerini qoruyub saxlayır.
Donald Tramp “Wall Street Journal” müsahibəsində Suriya ilə bağlı siyasətini açıqlayıb.Vaşinqtonun Suriyadakı ən böyük rəqibi Rusiya ilə əməkdaşlıq edəcəyini bildirən Tramp rejimə qarşı döyüşən müxalifət güclərinə yardımı kəsə biləcəyinə eyham vurub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Donald Tramp ölkəsinin Yaxın Şərq siyasətini tənqid edib. İlk müsahibəsini CBS kanalına verən Tramp ABŞ-ın Yaxın Şərqdə “terrorla mübarizə” adı altında 6 trilyon dollar xərclədiyini deyib.
“Bu pulla ölkəmizi başdan ayağa iki dəfə qurardıq. Yollarımıza, körpülərimizə, tunellərimizə və hava limanlarımıza baxın, çoxu köhnəlib”, - milyarder bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki Donald Tramp inauqurasiya (andiçmə) mərasiminə kimi (2017-ci il yanvarın 20-si – red.) Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.
“Bilmirəm, Rusiya prezidenti və Tramp arasında inaqurasiyaya qədər hansısa əlaqələr olacaqmı? Mənə bu məlum deyil, amma, əlbəttə ki, bunu istisna etmək olmaz. Təbrik müraciəti artıq göndərilib”, - Peskov deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya ABŞ-la normal münasibətlər axtarışındadır və problemlərin dialoq yolu ilə həllinə ümid edir.
Klintona seçki zərbəsi
Prezident seçkilərində Donald Trampa uduzan ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton əri, keçmiş prezident Bill Klintondan ayrılır.
“Christian Times Newspaper” nəşrinin yazdığına görə, xanım Klinton boşanma üçün sənədlərinin artıq məhkəməyə verib. “Christian Times Newspaper” sübut olaraq boşanma haqqında iddia ərizəsinin şəklini dərc edib. Lakin nəşr iddianın məhz nə vaxt qaldırıldığını bildirməyib.
“Christian Times Newspaper” iddia edir ki, cütlük çoxdan ayrı-ayrı yaşayır. Boşanma onların mülk mübahisələrini nizama salmalıdır.
“Bordo beretli”lər İŞİD-in əlindəki şəhərə girdi
İŞİD terror qruplaşmasının əlindəki Suriyanın Əl-Bab şəhərinə Türkiyə Silahlı Qüvvələrin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) irəliləyişi davam edir.
Suriya Türkman Məclisinin xarici əlaqələr üzrə məsul şəxsi Əbdürrəhman Mustafa ASO güclərinin Əl-Babın 2-3 kilometrliyinə qədər yaxınlaşdığını bildirib. ASO-ya dəstək verən Türkiyə xüsusi təyinatlılarının (“Bordo beretli”) kəşfiyyat qruplarının Əl-Babın ətrafına sızdığı, strateji hədəfləri müəyyən edərək işarələməyə başladığı bildirilir.
Son məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin qırıcıları “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD-in Əl-Bab bölgəsindəki mövqelərinə zərbələr endirib. Nəticədə, İŞİD-ə aid 10 müdafiə mövqeyi, 2 komanda mərkəzi, 2 qərargah və bir silah-sursat anbarı məhv edilib.
İŞİD-lə qarşıdurmalarda ASO-ya aid 9 döyüşçü həyatını itirib.
İŞİD Avropaya “klassik qaçqınlar” göndərir – ŞOK SSENARİ
Almaniyanın “Die Welt” nəşri kəşfiyyatdakı mənbələrə istinadən yazıb ki, qaçqın adı altında maskalanan İŞİD terror təşkilatının yeni döyüşçülərinin Avropaya keçmə təhlükəsi yüksək olaraq qalır.
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) əmindir ki, İŞİD öz döyüşçülərini Avropada sığınacaq almağa hazırlayır. BND oktyabrın sonunda sübutlar əldə edib ki, İŞİD öz döyüşçülərinə məqsədyönlü şəkildə “klassik qaçqın” olmaq yollarını, həmçinin polislə söhbət zamanı özünü necə aparmağı və sığınacaqlara müraciət etməyi öyrədir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bolqarıstanda prezident seçkilərində Rusiyayönlü namizəd Rumen Radev qalib gəlib. Rusiyayönlü digər bir namizəd - İqor Dodon Moldovada prezident seçkilərinin qalibi olub. Sosialistlər partiyasının lideri dövlət başçısı kimi birinci səfərini Rusiyaya edəcək.
Saakaşvilinin daha bir silahdaşı istefa verdi
Ukraynada “gürcü islahatçıları”nın sıraları getdikcə seyrəlir. Bu gün Ukrayna Milli Polisinin başçısı Xatiya Dekanoidze istefa haqqında ərizə yazıb.
“Obozrevatel” şəxsi mənbələrə istinad edib və hələ rəsmi məlumat yoxdur. Nəşrin informasiyasına əsasən, Xatiya Dekanoidzeni müvəqqəti olaraq onun birinci müavini Vadim Troyan əvəz edəcək.
Qeyd edək, “gürcü islahatçıları”nın istefası noyabrın 7-də başlanıb. İlk olaraq Odessa vilayətinin polis rəisi Giorgi Lortkipanidze, noyabrın 8-də vilayətin qubernatoru, Gürcüstan sabiq prezidenti Mixail Saakaşvili, noyabrın 14-də isə Odessa gömrüyünün başçısı Yuliya Maruşevskaya istefa verib.
Ömər Dağlı
-
Region20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi
-
Magazin220:12Türk ulduza nə olub? - “Yemək belə yemək istəmirəm”
-
Yaxın Şərq19:24İraq ən böyük neft yatağında neft hasilatını dayandırdı
-
Sosial18:20Sabah 1600 abonentin qazı kəsiləcək
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...









.jpg)









.jpg)








.jpg)







