Nida.az
Turan İbrahimov Rauf Arifoğlunun vəkili oldu - FOTO
Tanınmış telejurnalist Turan İbrahimov Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili olub.
Musavat.com xəbər verir ki, onun vəkilliyi proseduru rəsmiləşib. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra T.İbrahimov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.
T.İbrahimov seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək. T.İbrahimov bildirib ki, bu işi sevə-sevə edəcək, həm də yüksək səviyyədə. "Bütün beynimin əsas hissəsini bu işə yönəldəcəm. 2010-cu il parlament seçkilərində Rauf bəylə rəqib olmuşuq. İTV-də baş tutan ilk canlı yayında, bir-birimizə jestlər etdik və dostluğumuz yarandı. O gündən etibarən də Rauf bəylə çox gözəl münasibətlərimiz var.
Vəkili olaraq da prosesə fərqli şəkildə də yardım edəcəyik. Xeyirli nədirsə, o olsun. O xeyirdə bizim də rolumuz olsun”.
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub












.jpg)



.jpg)

.jpg)















.jpg)



