Nida.az
Britaniyadakı səfirimiz AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin “Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, məqalədə Dağlıq Qarabağın "mübahisəli ərazi" olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır.
Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ də yerinə yetirilmədiyi bildirilir.
Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir.
Sonda, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt, Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular







.jpg)








.jpg)
















.jpg)

.jpg)