Nida.az
Niderland XİN Azərbaycan müxalifətini saxta sənəd verməkdə SUÇLADI
Niderland Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı xüsusi məruzə hazırlayıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, sənəd 99 səhifədən ibarətdir və burada Azərbaycanda siyasi, iqtisadi və sosial, o cümlədən insan hüquqlarının təmin olunması ilə bağlı vəziyyəti əks etdirən ümumi məlumatlar əks olunub.
Sənəddə diqqət çəkən məqamlardan biri də Azərbaycanda həm daxildə, həm də xaricdə istifadə etmək üçün vətəndaşlara saxta sənəd verilməsi biznesi ilə bağlı gedən informasiyalardır.
Həmin məlumatlar hesabatda “Şəxsiyyət, vətəndaşlıq və sənədlər” adlı 2-ci bölmənin, 2.1.4, 2.1.4.1 və 2.1.4.2. bəndlərində öz əksini tapıb. Sənədin 2.1.4. bəndi “Sənəd saxtakarlığı” adlanır.
Burada öncə Azərbaycanda saxta yollarla və qeyri-qanuni şəkildə hazırlanan sənədlərin çoxluğuna diqqət çəkilir. Xüsusilə azərbaycanlıların rüşvət yolu ilə saxta universitet diplomları aldıqları qeyd olunur. Hesabatda Təhsil Nazirliyinin qaynaqlarına istinadən Azərbaycan vətəndaşlarının xaricdə ali təhsillə bağlı saxta universitet diplomları alaraq onları sonradan tanınması üçün rəsmi qurumlara verdiyi bildirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə isə 7 min insanın dövlətdən pul almaq üçün saxta əlillik dərəcəsi aldığı vurğulanır. Burada vətəndaşlarımızın koronavirusa qarşı peyvəndlərin vurulması ilə əlaqədar saxta pasportlar aldığı da qeyd olunur.
Hesabatda diqqəti cəlb edən məlumatlardan biri də Azərbaycandan köçən miqrantlarla bağlı yol verilən fırıldaqlar haqqındadır. Sənəddə bununla bağlı informasiyaların 2015-ci ildən sonra çoxaldığı bildirilir.
Niderland XİN-in sənədində Avropa Gənclər Hərəkatının rəhbəri Ramin Hacılının adı çəkilir. Meydan TV-yə istinadən onun turistik agentliyi vasitəsilə 100-dən çox adamın turist adı ilə xaricə getdiyi, əslində isə Hacılının onlara orada miqrant kimi qalmağa kömək göstərdiyi yazılıb.
Sənədin 2.1.4.2-ci bəndi “xaricdə sığınacaq almaqla bağlı fırıldaqlar” adlanır. Burada yer alan məlumatlar, əsasən, Meydan TV, “Turan” informasiya agentliyi, hökumətə yaxın media qurumları və rəsmi dövlət qurumlarından alınan informasiyalardır.
Sənəddə 2015-ci ildən bəri müxalif Müsavat Partiyasının üzvlərinin üzvlük vəsiqələrinin və tövsiyə məktublarının qanunsuz hazırlanması və ya verilməsi barədə məlumatların yayılmasından bəhs edilir. Meydan TV-nin məlumatına görə, tələb olunan sənədlər əsasən qaçaq yollarla gətirilib. Digər mənbələr isə sığınacaq almaq üçün hətta yerli polis və məhkəmələrdən rüşvət yolu ilə sənəd (guya onların Azərbaycanda təzyiqə məruz qalmasını göstərən - red.) alındığını qeyd edir. Bundan başqa, sığınacaq axtaranların Azərbaycan Xalq Cəbhəsi Partiyasının saxta sənədlərindən istifadə etdikləri yazılıb.
Niderland XİN-in sənədində buna görə 2016-cı ildə Baş Prokurorluğun Müsavat Partiyasının bir sıra rəhbər şəxslərini dindirmək üçün çağırdığı və təhqiqatın sona çatdırılmadığı barədə məlumat yer alıb. Sənəddə Müsavat Partiyası başqanı Arif Hacılının 5 il ərzində 197 şəxsə tövsiyə məktubu verməsi barədə məqamlar yer alıb.
Sənəddə 2019-cu ilin noyabr ayının 13-də Almaniya polisinin Köln, Frankfurt və Düsseldorf şəhərlərində yerləşən 13 müxtəlif ofis və evlərə basqın təşkil etdiyi, burada həmin yerlərdə partiya biletlərinin, tövsiyə məktublarının və möhürün aşkar olunduğu qeyd olunub. Məlumatda Müsavatın Avropa koordinasiya mərkəzinin də bu hadisələrdə adı çəkilir.
Bundan başqa, sənəddə 2020-ci ilin fevralında Əlövsət Əliyevin həbsdən azad olunması ilə bağlı məlumatlar göstərilib. Onun Azərbaycanda vaxtilə Daxili İşlər Nazirliyinin pasport idarəsinin rəhbəri olduğu qeyd edilir. Almaniyada “Leqat inteqrasiya mərkəzi”nə rəhbərlik edən bu adam haqqında 2015-ci ildə Azərbaycan prokurorluğunun cinayət işi açdığı bildirilir.
Hökumətə yaxın “Kaspi” qəzetinə istinadən isə qeyd olunub ki, Fransada yaşayan jurnalist Qənimət Zahidin adı sığınacaq hüququnun əldə edilməsi ilə bağlı saxta sənəd işinə qarışıb. Lakin bununla əlaqədar Azərbaycanda hər hansı cinayət işi açılmadığı, buna görə də informasiyanın təsdiqlənməsinin mümkün olmadığı vurğulanır.
Sənədin orijinal variantı:
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO