Nida.az
Qarabağa qayıdışın ilk addımlarını Şuşa ilə görəcəyik - Qənizadə
“Cənab Prezidentin sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan olunub. Bundan öncə, bilirsiniz ki, Şuşa Azərbaycanın mədəniyyət mərkəzi elan edilmişdi, bundan öncə Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdı və bu gün Şuşanın abadlıq, quruculuq işləri o qədər böyük sürətlə gedir ki, doğrudan da insanlarda bir sual yaranır ki, niyə Şuşa?”
Publika.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə vurğulayıb ki, Şuşa Azərbaycanın və Qarabağın gözüdür, incisidir, Şuşa doğrudan da mədəniyyət mərkəzimizdir və Şuşanın Azərbaycana və dünyaya bəxş etdiyi mədəniyyət xadimləri, dahilər barədə yəqin ki, hər bir Azərbaycan vətəndaşı bilir.
“Şuşa 44 günlük müharibədə Ermənistanın kapitulyasiya edilməsinin əsas səbəblərindən biridir. Yəni, artıq noyabr ayının 6-dan Azərbaycan əsgərləri dağlardan, dərələrdən, qayalıqlardan dırmaşaraq Şuşaya girdilər, sonra Şuşanı azad etdilər və ayın 8-də Şuşanın azad edilməsi günü kimi qeyd olundu. Bu, müharibənin həm də taleyini həll etdi, bitirdi, ermənilərin əl-qolunu bağladı, belini qırdı. Bu gün bütün dünyanın gözü Şuşadadır. Hətta Şuşanı azad etdikdən sonra Ermənistana, onlara həmişə arxa duranlar da, “dərhal təslim ol, saziş imzala, yoxsa tamamilə məhv olacaqsız”, deyə təkliflər verməyə başladılar.
“Şuşa İli” həm də, mən elə hesab edirəm, ona görə elan olundu ki, biz yəqin ki, Qarabağa qayıdışın ilk addımlarını, ilk cücərtilərini Şuşa ilə görəcəyik və bu il Şuşa tamamilə bərpa olunaraq əvvəlki, hətta əvvəlkindən də daha yaxşı bir görkəmə, vəziyyətə gətirilib çıxarılacaq, artıq Şuşaya səfərlər, turist səfərləri və bizim soydaşlarımızın da qayıdışının başlanğıcı olacaq. Mən elə hesab edirəm ki, cənab Prezidentin Şuşa ilə bağlı ürəyində, qəlbində, siyasətində nə varsa onların hamısını məhz 2022-ci ildə yerinə yetirmək istəyindədir və bu baxımdan da 2022-ci ili “Şuşa İli” elan etdi. Prezidentimizə, dövlətimizə, xalqımıza uğurlar arzulayıram və Allah bütün istəklərimizi, arzularımızı çin eləsin”, deyə Çingiz Qənizadə bildirib.
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu






.jpg)





























