Nida.az
Həmin kompleksdən Xocalıda da tikilər – Deputat
“Cənab Prezidentin Gəncə şəhərinə səfəri zamanı açılışlarını etdiyi yeni obyektlərə baxdıqca insan qürur duyur, ürəyi açılır. Yəni, Gəncədə görülən işlər həqiqətən də yüksək səviyyədədir. Bir sözlə, təqdirəlayiqdir. Təbii ki, bu, ölkə başçımızın rəhbərliyi altında Gəncə Şəhər İcra Hakimiyyətinin gördüyü işlərdir. Həmin işlər də çox yüksək səviyyədədir. Gəncə Dram Teatrı, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi və digərlərini seyr etdikcə baxırsan ki, Gəncəmiz həqiqətən də göz oxşayır. Gəncə yeniləşir, abadlaşır. Bir sözlə, Gəncə şəhəri çox gözəldir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsindən 300 kilometr uzaqda yerləşməsinə baxmayaraq, mənfur düşmələrimiz gecə vaxtı Gəncə şəhərini atəşə tutdu:
“Mülki insanlarımız həlak oldu. Ötən gün həmin dövrdə həlak olan dinc insanlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün memorial kompleksin təməli qoyuldu. Bu, çox vacib bir məsələdir. Yəni, həmin kompleks erməni vəhşiliyini, ermənilərin şəhərin dinc əhalisinə qarşı törətdiyi vəhşiliyi özündə əks etdirən müqəddəs yer olacaq. Alman faşizminin İkinci Dünya müharibəsi dövründə törətdiyi vəhşiliklərlə, soyqırımılarla bağlı bu cür komplekslər, memoriallar hələ də bir çox yerlərdə saxlanılır. Eləcə də bu kompleks Gəncədə saxlanılmalıdır, qorunaraq gələcək nəsillərə ötürülməlidir. Cənab Prezidentimiz onun təməlini qoydu. Bu, çox vacib bir məsələdir. Hesab edirəm ki, Azərbaycana gələnlərin, Gəncəyə səfər edənlərin hamısı bu kompleksi, abidəni ziyarət edəcəklər. Hər kəs orada erməni vəhşiliyinin nə olduğunu görəcək və anlayacaq. İnşallah, başqa ərazilərimiz, o cümlədən Xocalımız da işğaldan azad olunanda soyqırımı törədilmiş bir şəhər kimi orada da belə bir abidə kompleksinin yaradılması yəqin ki, cənab Prezidentimizin nəzarəti altında həyata keçiriləcək”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






