Nida.az
Gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir - Baş direktor
“Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Bu baxımdan dövlətimizin gənclər siyasətini ölkə başçısının şəxsən özü ilə müzakirə etmək biz gənclər üçün kifayət qədər önəmli hadisədir”.
Bunu Publika.az-a açıqlamasında Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə deyib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru bildirib ki, müxtəlif gənclər təşkilatlarının, eyni zamanda, müxtəlif vətəndaş cəmiyyətləri nümayəndələrinin bu görüşdə iştirak etmələri, birbaşa ölkə rəhbərinə suallar vermələri, eyni zamanda, həmin sualların cavablarını dövlət başçısından ətraflı şəkildə eşitmələri bu işin gedişatını planlaşdırmaq, vizionu formalaşdırmaq üçün xüsusi önəm daşıyırdı:
“2 Fevral - Gənclər Günü ilə bağlı gerçəkləşən görüşdə vurğulanan məsələlərdən biri də xaricdə təhsil alan gənclərin daha sonra ölkəyə qayıtması və ya xaricdə yaşayaraq lobbiçilik fəaliyyəti ilə məşğul olmaları ilə bağlı idi. Digər müzakirə olunan məsələlərdən biri də könüllü fəaliyyətlə əlaqədar idi. Qarabağa qayıdışla bağlı məsələlərdə dövlət başçısının gənclərdən gözləntiləri, eyni zamanda, ümumilikdə gənclərlə və bu kimi digər məsələlərlə bağlı planları Prezident açıq şəkildə bildirdi. Gənclərin müəyyən fikirləri ətrafında müzakirələr aparıldı. Gənclərin daha çox vətənpərvər ruhda yetişməsinin təmin edilməsi istiqamətində Prezident çoxşaxəli və əhatəli çıxış etdi".
Tural Turan
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
-
Nida Xəbər 10:30Zakir Həsənov Hərbi Polisin ön əməliyyat bazasında - VİDEO/FOTO















.jpg)

.jpg)

















.jpg)


