Nida.az
Bu, Azərbaycanla Avropa arasındakı münasibətlərdə yeni bir tarixin yazılmasıdır - ŞƏRH
4 Fevral 2022-ci il Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının yeni səhifəsi açıldı. Bunun ilk səhifəsini biz 19 Sentyabr 2013-cü ildə açmışıq. Məhz o zaman Avropanın 10 şirkəti "Şahdəniz -2" layihəsi çərçivəsində Azərbaycandan qaz alınmasını rəsmiləşdirdilər. Dünən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Çərçivəsində keçirilən Nazirlərin VIII toplantısı isə Azərbaycan qazının Avropa bazarında satılmasına həsr olunmuşdu. Bunu təhlil edərkən gördülər ki, Azərbaycan yeni bir oyunçu kimi özünü Avropa bazarında intizamlı bir oyunçu kimi təqdim edə bilib.
Bu sözləri Publika.az-a açıqlamasında Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.
Ekspert bildirib ki, avropalı istehlakçılar Azərbaycanı sözündə ciddi bir oyunçu kimi qəbul ediblər:
“Bizə inamları yüksəkdir, hətta rəğbət hissi yaranıb. Və bunun nəticəsidir ki, Azərbaycandan qaz almayan ölkələr belə özlərinin enerji təhlükəsizliyinin təminatı üçün gələcəkdə mavi yanacaq idxalında maraqlı olduqlarını məhz bu görüşə qatılmaları ilə təsdiq ediblər. Hələlik həcmlər məlum deyil. Bu görüşdə iştirak edən Avropa enerji komissarı Kadri Simson dedi kimi, bir müddət tədqiqatlar aparılmalıdır ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nə qədər həmcdə qazın çatdırılacağı və ehtiyacı olduğu dəqiqləşdirilsin və ona uyğun da Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi gündəmə gəlsin. Bunun özü bir daha onu təsdiq edir ki, Azərbaycan böyük bazarlardan uzaqda yerləşməsinə və qapalı enerji bazarı olmasına baxmayaraq, qısa bir müddətdə dünya miqyaslı infrastruktur yaradıb. Onun stabil təminatına malik olub istismarını həyata keçirib və Avropa kimi meqa bazarda özünə layilqli yer tuta bilib, özünün də bu bazarda imkanlarını qarşıdakı onilliklərdə artırıb. Deyərdim ki, Azərbaycandakı qaz yataqlarının işlənməsi zaman-zaman gündəmə gələcək və bu, gündəmə gəldikcə də onların bazara çıxarılması aktual olacaq. Bunun üçün də məhz Avropa bazarları ən önəmli bir stabil bazar kimi qarşımızda durur. Bu, Azərbaycanla Avropa arasındakı münasibətlərdə yeni bir tarixin yazılmasıdır”.
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































