Nida.az
Minsk Qrupu yeni problemlərlə məşğul olmalıdır - Sergey Markov
ATƏT-in Minsk Qrupu Cənubi Qafqazdakı vəzifəsinin öhdəsindən gələ bilmədi və indi o, yeni problemlərlə məşğul olmalıdır.
Publika.az xəbər verir ki, bunu "Trend"ə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşün yekunları üzrə bəyanatı şərh edərkən Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. Qeyd edək ki, bu bəyanatda Minsk Qrupundan bəhs edilməyib.
"ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün yaradılıb, lakin qrupdakı ermənipərəst mövqeyə görə bu vəzifənin öhdəsindən gələ bilməyib. Ermənistanın mövqeyi belə idi: sonsuz danışıqlar aparmaq, bu danışıqların arxasında sanki pərdə arxasındakı kimi gizlənmək və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç nə etməmək. ATƏT-in Minsk Qrupunun vəzifəsinin ğhdəsindən gəlməməyinin və vəziyyətin ikinci Qarabağ müharibəsinə çevrilməsinin səbəbi də bu idi", - deyə S.Markov bildirib.
Rusiyalı politoloq qeyd edib ki, ATƏT-in Minsk Qrupu Fransanın əvvəlki balanssız mövqeyinə görə də mümkün vasitəçi kimi uğursuzluğa düçar oldu.
"ATƏT-in Minsk Qrupunun uğursuzluğu tamamilə göz qabağındadır. İndi ATƏT-in Minsk Qrupu yenidən danışıqlar prosesinə daxil olmaq istəyir, lakin qatar artıq gedib. Minsk Qrupu artıq bununla məşğul olmamalıdır. Bu şərtlər çərçivəsində Rusiya və Azərbaycan təklif edir ki, ATƏT-in Minsk Qrupu tamamilə uğursuz olduğu məsələ ilə deyil, yeni problemlərlə məşğul olsun. Burada söhbət nəqliyyat dəhlizlərinin, Zəngəzur dəhlizinin açılmasından, humanitar proqramların yaradılmasından, Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı münasibətlərdən, sərhədlərin tezliklə demarkasiyası və delimitasiyasına şərait yaradılmasından gedir. Bu, Minsk Qrupunun yeni missiyası, yeni vəzifələri ola bilər", - deyə S.Markov bildirib.
Dünənki görüşdə E.Makronun Minsk Qrupunun həmsədri kimi deyil, Fransanın Avropa İttifaqına sədrliyi qismində çıxış etməsini şərh edərkən S.Markov vurğulayıb ki, Azərbaycan və Rusiya Fransanı Cənubi Qafqazda yeni reallığı qəbul etməyə məcbur edir.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)






.jpg)















.jpg)



.jpg)

