Nida.az
Yaxın Şərqdə geosiyasi reallıqlar dəyişir? - RƏY
“Suriyada Əsəd rejiminə yaxın olan telekanallardan biri İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşq yaxınlığında hava hücumu həyata keçirməsi ilə əlaqədar məlumat yayıb. Məlumatda bildirilir ki, Dəməşqin raket əleyhinə müdafiə sistemi düşmən mövqelərindən atılan raketin qarşısını alıb. Təbii ki, bu, hələ iddia olaraq qalır və rəsmi təsdiqini tapmayıb. Lakin bildiyiniz kimi, 2011-ci ildən bu günə qədər zaman-zaman İsrail Suriyada yerləşən bəzi qüvvələrə qarşı, xüsusən də İran yönümlü “Hizbullah”a və digər terrorçu qruplara qarşı müxtəlif hərbi əməliyyatlar keçirməkdədir. İsrail bunu öz təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirir”.
Bunu Publika.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici layihələr direksiyasının rəhbəri, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu deyib.
src="/storage/files/upload/680d20ae2e5e7f9a6a02ea546566f4fe645d53c4.jpg" style="width: 430px; height: 296.7px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, “Hizbullah”ın Suriyada və eyni zamanda Livanda güclənməsi bu iki ölkənin İrandan vassal durumuna düşməsinə gətirib çıxara bilib: “İsrail və Suriya münasibətlərinə gəldikdə isə, bundan əvvəl də İsrail Hərbi Hava Qüvvələri dəfələrlə Suriyanın bəzi bölgələrinə raket zərbələri endiriblər. Zərbələrə məruz qalan bu ərazilərdə “Hizbullah” terrorçu qruplaşmasının bazalarının olduğunu da sübut ediblər. İsrail mediası da vurğulayıb ki, bu kimi əməliyyatlar “Hizbullah”a qarşı keçirilib. Eyni zamanda, Əfqanıstandan keçərək İran üzərindən Suriyaya yerləşmiş yetərincə radikal əfqanların da burada olduğunu qeyd etmək lazımdır. Bu da sözün əsl mənasında İsrail üçün böyük təhlükədir. Çünki əfqan döyüşçüləri ora ideoloji məqsədlə toplaşıblar”.
Ekspert əlavə edib ki, Yaxın Şərqdə ideologiya amili çox güclüdür: “Şiə əfqan döyüşçülərin orada toplaşması İsrail üçün təhlükə olduğundan onun bu addımları başadüşüləndir. Hesab edirəm ki, bundan sonra da İsrail Suriyaya raket zərbələri endirəcək. Çünki Suriya təəssüflər olsun ki, bir dövlət olaraq öz legitimliyini itirib və bu, acı bir həqiqətdir. Ölkənin bir hissəsi hələ də radikal dini qrupların təsiri altındadır. Burada müxtəlif terrorçu qruplaşmalar var və bu terrorçu qruplaşmalara ideoloji baxımdan düşmən olan digər radikal terrorçu qruplaşma İranın simasında “Hizbullah”dır. Eyni zamanda, Suriyanın şimalında PKK-nın Suriya qolu olan YPG və PYD terror təşkilatları var. Suriya artıq beynəlxalq terrorizmin meydanına çevrilib. Orada radikal, kommunist, solçu terrorçu qrupların toplaşdığını görürük. Bu baxımdan bundan sonra da xüsusən də İrançı “Hizbullah” terror təşkilatına qarşı İsrailin hərbi əməliyyatlarının davam edəcəyini düşünürəm. Fikrimcə, bu, sadəcə Suriyada deyil, eyni zamanda daha fərqli bölgələrdə də olacaq. Hətta Livana da zaman-zaman sıçrayacaq və kiçik hərbi əməliyyatların orada da olacağı istisna deyil”.
R.Hafizoğlu vurğulayıb ki, İsrail-Suriya münasibətləri maraq doğuran əlaqələrdir: “Məsələn, İran Suriya burada İslami müqavimətin ayrılmaz bir hissəsidir desə də, biz əslində bunun belə olmadığını görürük. Burada siyasi maraqlar var. Əfsuslar olsun ki, İran Yaxın Şərqdəki bu dövlətlərdə “şiə ayparası” yaradıb və hamı bunu artıq qəbul edir. Hesab edirəm ki, Suriya İranın təsirindən yaxa qurtarmadıqca, öz müstəqilliyini bərpa etmədikcə, YPG və PYD terror təşkilatlarına qarşı ciddi mübarizə aparmadıqca İsrail davamlı olaraq orada əməliyyatlar keçirəcək. Biz bu gün faktiki olaraq bilirik ki, Suriyada terrorizmə qarşı mübarizə aparan yeganə ölkə Türkiyədir. İsrail də öz milli təhlükəsizliyini qorumaq üçün Suriyada zaman-zaman bu kimi hərbi əməliyyatlar keçirir”.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi










.jpg)
























