Nida.az
Azərbaycan diktə edən tərəfdir - Cavid Osmanov
“Fransa prezidentinin təşəbbüsü ilə videoformatda 4 tərəfli görüşdə bir sıra humanitar məsələlərə toxunulub. Azərbaycan tərəfi Ermənistandan Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin məzarlarının yerini tələb edib. Ölkəmiz 8 erməni hərbçisini qarşı tərəfə təhvil versə də, Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirməyib”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycan humanist addım ataraq beynəlxalq hüquqa nə qədər önəm verdiyini göstərir: “Ermənistan tərəfi azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqların dəqiq koordinatlarını bizə təhvil verməlidir. Çünki Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın taleyi bu günə qədər məlum deyil. Ermənilər xüsusi vəhşilik törədərək uşaq, yaşlı demədən millətimizə qarşı qırğın törədiblər”.
C.Osmanov vurğulayıb ki, Fransa və Avropa İttifaqı Ermənistana təzyiq göstərməlidir: “Əgər Ermənistan bu öhdəlikdən boyun qaçırarsa, Avropa İttifaqı müəyyən vasitələrlə onu məcbur etməlidir. Çünki burada minlərlə soydaşımızın taleyindən söhbət gedir. Həlak olan şəxslərdən DNT analizi götürülüb, onların yaxınları, valideynləri bu haqda məlumatlandırılmalıdır. Digər tərəfdən, Ermənistan razılaşmadan boyun qaçırarsa, beynəlxalq qurumlar tərəfindən adıçəkilən ölkəyə təsirlər göstəriləcək. Xarici ölkələr 30 il ərzində Ermənistana heç bir təsir göstərməsə də, bu dəfə gedişatın belə olmaması üçün çalışmalıyıq. Azərbaycan regionda olan reallığı dəyişib və diktə edən tərəfdir. Ermənistan bu məsələlərdən boyun qaçırmağa davam edərsə, ölkəmiz bununla bağlı daha ciddi tədbirlər görəcək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
