Nida.az
Ermənilərin törətdiyi ən qanlı cinayətin DETALLARI
Bu gün Malıbəyli və Quşçular qətliamının 30-cu ildönümüdür. 1992-ci ilin 10-12 fevral tarixlərində erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərində qətliam törədilib, 50-ə yaxın dinc azərbaycanlı qətlə yetirilib. Şuşanın Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Xankəndinin bir neçə kilometrliyində yerləşirdi. Ən yaxını Malıbəyli idi, kəndin təxminən Xankəndidən 2 kilometr məsafəsi var idi. Quşçular da ondan 1 kilometr aralıda idi. Böyük, ziyalı, döyüşkən kəndlər idi.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.src="/storage/files/upload/05719b3795cfdd764f9ac54a95dfb6d3e0045eee.jpg" style="width: 765px; height: 507.45px;" class="fr-fic fr-dib fr-fil">
Deputat bildirib ki, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinin sakinləri 4 il ermənilərin mühasirəsində vuruşdular və qəhrəmanlıqla düşmənə qarşı mübarizə apardılar: “Ancaq qüvvələr nisbəti qeyri-bərabər idi, ermənilər də burada tək deyildilər. Bütün işğallarda olduğu kimi, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinin işğalında da ermənilərə 366-cı motoatıcı alayın bütün canlı qüvvəsi və hərbi texnikası yardım edirdi. Kənd sakinləri, kəndin müdafiəçiləri çox mərdiklə və qəhrəmanlıqla döyüşdülər. Orada olan mərd, igid döyüşçülərdən biri də istefada olan polkovnik Azay Kərimov idi. O, döyüşlərə rəhbərlik edənlərdən biri idi və kənd sakinləri böyük qəhrəmanlıqla mübarizə apardılar, doğma yurdlarını müdafiə etdilər. Müqavimət göstərmək çox çətinləşmişdi. Məcburiyyət qarşısında Malıbəyli, sakinlər Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini tərk etməli oldular. Onlar dağ yolu ilə Ağdamın Abdal-Gülablı kəndi istiqamətinə çıxdılar. Orada xeyli şəhidlərimiz oldu. Bu da ermənilərin ən böyük hədəfi idi. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindən sonra Xocalı ətrafında digər bir yaşayış məntəqəsi qalmadı və növbə Xocalının idi”.
E.Məmmədov qeyd edib ki, ermənilərin təkcə Birinci Qarabağ müharibəsində yox, həmçinin ötən əsrin əvvəllərində də törətdikləri qətliamlarda əsas məqsədləri ərazini azərbaycanlılardan təmizləmək idi: “Onlar əraziləri azərbaycanlılardan təmizləyib ora sahib olmaq istəyirdilər. Sonra da iddia etmək istəyirdilər ki, “bura bizim ərazilərimizdir və həmin yerlərdə bizdən başqa heç bir xalq olmayıb”. Onlar bütün işğallarda bu məqsədi qarşılarına məqsəd qoyublar. Onlar istəyirdilər ki, həmin ərazilərdə türk xalqına aid bir nəfər də qalmasın. Öldürülənlər öldürülür, ermənilərin əlindən qaçanlar isə canlarını qurtara bilirdilər. Orada ancaq ermənilər qalırdı. Hazırda Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri digər işğaldan azad olunan ərazilərimiz kimi ermənilər tərəfindən xaraba qoyulub. Kəndlərdə müqəddəs nə varsa dağıdılıb, hər şey yerlə yeksan edilib”.
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək






.jpg)




























.jpg)
.jpg)

.jpg)