Nida.az
Türkiyə-Azərbaycan əlaqələri dərinləşir - Səfir
“Türkiyə-Azərbaycan əlaqələri köklü münasibətlərdir. İki ölkə arasındakı əlaqələr getdikcə dərinləşir. İstər hərbi, istər energetika, istərsə də iqtisadi əlaqələrimiz yüksələn xətlə inkişaf edir”.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı deyib.
Səfirin sözlərinə görə, Bakıda türk iş adamlarına aid 5 mindən çox kiçik, orta və böyük sahibkarlıq obyektləri var: “Yəni, 5 min türk iş adamının Azərbaycanda qeydiyyatda olan şirkətləri var. Bunlar Azərbaycanda ticarətin, iş birliklərinin inkişafına töhfə verir. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının da bu sahələrdə fəaliyyəti bizim üçün çox önəmlidir. Bakıda da bu sahələrdə çalışan insanların sərf etdiyi əmək hər iki ölkəyə ayrı-ayrı məqamlarda töhfələr verir və verəcək”.
C.Bağcı vurğulayıb ki, iki ölkə arasındakı ticarət anlaşmalarının həcminin 15 milyard dollara çatdırılması hədəflənir: “Türk iş adamları da bu məsələyə öz töhfəsini vermək üçün çalışırlar. Azərbaycanın hər bölgəsində yeni iş yerləri yaradılır. Aqrar sahədə, əczaçılıq sahəsində investisiyalar üçün icazələr alınıb və yaxında bu sahədə də yeniliklərə imza atılacaq. Eyni zamanda, enerji sahəsindəki iş birlikləri getdikcə böyüyür. Bir sözlə, bütün sahələrdə var olmağa çalışırıq. Sentyabr ayında 600-ə yaxın türk iş adamı Beynəlxalq Biznes Forumu çərçivəsində Bakıya səfər etmişdi. Onların bir qismi yenidən Bakıya gəldilər və bir sıra sahələrdə iş birlikləri üçün Azərbaycanda görüşlər həyata keçirdilər. Ticarət anlaşmaları hazırda 4 milyard dolları keçib və yaxın zamanda bu rəqəmin daha da yüksələcəyini düşünürəm”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

