Nida.az
Müjdəni Selçuk Bayraktardan eşidəcəyik - Bağcı
“Selçuk Bayraktar Türkiyənin qürurudur. Hazırda “Baykar Makina” hərbi sənaye sahəsində dünyada ilk üçlükdə yer alan bir şirkətdir. Bu şirkətdə 3 mindən çox mühəndis işləyir. Dünyanın hər tərəfindən “Baykar Makina”da işləyən gənclər var. Onlar arasında azərbaycanlı qardaşlarımız da var”.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı deyib.
Səfirin sözlərinə görə, “Baykar Makina”nın T3 dərnəyi ilə (red: Teknoloji Tasarım Vakfı) birlikdə “Teknofest” yarışlarını Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Bakıda keçirməsi çox önəmli məqamdır: “ “Teknofest” yeni fikirlərin kəşf edilməsinə şərait yaradan bir yerdir. Bu baxımdan Baykarın Azərbaycanda yeni layihələrə investisiya qoymaq istəyi texnologiyanın inkişafına da yeni bir nəfəs gətirəcək. Bu addım həm də gənclərin texnologiyaya marağının artmasına və bu sahənin Azərbaycanda çiçəklənməsinə töhfə verəcək”.
C.Bağcı vurğulayıb ki, Selçuk Bayraktar və komandası bu mövzuları daha dərindən müzakirə etmək üçün Bakıya gələcək: “İlk olaraq Azərbaycanda “Texnologiya kəndi” qurulması üçün universitetlərlə iş birliklərinin olacağı gözlənilir. Yəni, proqram təminatı və istehsalda texniki infrastruktur da tələb olunur ki, bununla əlaqədar universitetlərdə gənclərə öncə nəzəri və praktiki baxımdan dərslər keçirilməlidir. Yaxın zamanda bu mövzularla əlaqədar müjdəni Selçuk Bayraktardan eşidəcəyik”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)