Nida.az
Onlar erməniləri daha da azğınlaşdırır - Deputat
“Azərbaycan qalib tərəf olaraq diktə edir, Ermənistan isə məğlub olmuş bir ölkə kimi şərtləri qəbul etməlidir. Qarşı tərəf xoşluqla bu şərtlərə tabe olmasa, məcbur olunaraq bizim dediklərimizə razı olacaq”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Ermənistan hakimiyyəti olanlardan hələ də doğru nəticə çıxarmayıb: “Onlar regionda sülhün yaranması üçün çalışmaqdansa, sərsəm bəyanatlar verirlər. Ermənistan hər zaman olduğu kimi, indi də bir neçə tərəfə oynayır. Ermənilər gah Rusiyadan, gah da Qərb dövlətlərindən bəhrələnməyə çalışırlar. Son zamanlar baş verən təxribatlar da məhz bundan xəbər verir. Azərbaycan qarşı tərəfə qanunauyğun şərtlər irəli sürüb”.
E.Məmmədov vurğulayıb ki, ərazi bütövlüyümüz tanınmadan sülh müqaviləsi bağlana bilməz: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən separatçılar təmizlənməlidir. Onlar bizim ərazi bütövlüyümüz üçün təhlükədir. Adıçəkilən dəstələr zərərsizləşdirildikdən və ərazi bütövlüyümüz tanındıqdan sonra sülh müqaviləsindən bəhs oluna bilər. Ermənistanın ağılsız iddiaları hələ də davam edir. Onları stimullaşdıran müəyyən qüvvələr var və həmin güclər erməniləri daha da azğınlaşdırır. Putinlə Makron arasında keçirilən görüşdə Ukrayna məsələsi ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub. Qarabağ Azərbaycanın ərazisidir, onlar bizim torpaqlarımız haqqında danışıqlar apara bilməz. Belə fikirlərin səsləndirilməsi işğalçı ölkəni ruhlandırır. İşğalçılıq və terrorçuluqla məşğul olan dəstələr torpaqlarımızdan təmizlənməlidir. Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya işləri başa çatmalı və Zəngəzur dəhlizi açılmalıdır. Bu şərtlər daxilində iki ölkə arasında sülh müqaviləsi imzalana bilər”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)