Nida.az
Mehdiyevin deputatları “trol”, “saxta” adlandırması... - Mirbəşiroğlu
“Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın ali qanunverici orqanı həm xalqın, həm də ölkə Prezidentinin tam etimadını qazanmağa nail olub. Milli Məclisin deputatları effektiv fəaliyyətləri ilə həm qanunyaratma işinə ciddi töhfələr verib, həm də seçicilərlə davamlı ünsiyyət formalaşdıraraq xalqla iqtidar arasında birliyin daha da möhkəmlənməsini təmin edib”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı səviyyəsində Azərbaycan parlamentinin fəaliyyətinə yüksək dəyər verilib: “Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayıblar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirib” – bu iqtibas Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə Milli Məclisdə etdiyi çıxışdan götürülüb. Ümumiyyətlə, VI çağırış Milli Məclisin fəaliyyəti yalnız müsbət göstəricilərlə xarakterizə olunur. Azərbaycan parlamenti yeni tərkibdə uğurla fəaliyyət göstərib və dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə ciddi töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna adekvat fəaliyyət göstərən VI çağırış Milli Məclis son dərəcə uğurlu missiya yerinə yetirməkdədir. İstər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Azərbaycan həm də uğurlu parlament diplomatiyası ilə özünü sübut etdi. Bu diplomatiya nəticəsində Vətən müharibəsi ilə bağlı gerçəkliklər dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatlar beynəlxalq miqyasda ifşa olundu. Azərbaycan Respublikasının Milli Məclisi bu istiqamətlərdə xarici ölkə parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb. Tərəddüdsüz deyə bilərik ki, parlament diplomatiyası milli maraqlarımızın daha da möhkəmlənməsi işinə böyük töhfələr verir”.
E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistanın aktiv şəkildə ölkəmizə qarşı hibrid müharibə də aparması sirr deyil: “Beynəlxalq informasiya məkanında informasiya terrorunun qarşısının alınmasında VI çağırış Milli Məclisin sistemli fəaliyyətinin müsbət nəticələri göz önündədir. Parlament sədrinin xarici ölkələrə intensiv səfərləri zamanı Azərbaycanla bağlı obyektiv həqiqətlər səsləndirilir və əsaslandırılır. Bu, ölkəmizin pozitiv beynəlxalq imicinin daha da möhkəmlənməsində təsirli rol oynayır. Bu baxımdan, müstəqillik tariximizin ən effektiv parlamenti olan VI çağırış Milli Məclis haqqında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev tərəfindən səsləndirilən fikirləri tam əsassız və qərəzli hesab edirəm. Daima dövlətçilikdən yana olan Azərbaycan Milli Məclisi və onun üzvləri haqqında “trol”, “saxta” kimi aşağılayıcı terminlərdən istifadə edilməsini bu mühüm dövlət orqanını gözdən salmaq, onun cəmiyyətdəki tənzimləyici funksiyasını pozmaq və nüfuzunu zədələmək cəhdləri kimi qiymətləndirirəm. Ayrıca olaraq, xatırlatmaq istərdim ki, Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvüdür. TŞ-nin üzvü olan bir şəxsin Milli Məclisin deputatlarını “trol”, “saxta” adlandırması xüsusilə anlaşılan deyil və heç bir məntiqə sığmır. R.Mehdiyev özünü vaxtilə Ulu öndər Heydər Əliyevin, indi isə cənab Prezident İlham Əliyevin silahdaşı adlandırır. Elə isə hakimiyyətin mühüm bir qolu haqqında məlum fikirləri səsləndirməsi tamam fərqli təəssürat yaradır”.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...