Nida.az
Ramiz Mehdiyev istefa verdi - YENİLƏNDİ
Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.
Ölkə başçısı Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.
Daha sonra çıxış edən Rəyasət Heyəti üzvləri qısa müddət ərzində Ramiz Mehdiyevin rəhbərliyi altında xeyli uğurlu işlərin görüldüyünü deməklə, onun Akademiya prezidenti vəzifəsindən ayrılmasından təəssüf hissləri keçirdiklərini dilə gətiriblər. Amma akademiklə əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə ümidvar olduqlarını bildiriblər.
xxx
18:04
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
Publika.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.
Faktı "Trend"ə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov təsdiqləyib.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO











.jpg)























.jpg)


