Nida.az
TIR kimlər üçün “siyasi fəal” və pul mənimsəmə mənbəyi oldu?
Bakının mərkəzində TIR sürücülərinin məlum aksiyası gündəmin əsas mövzusuna çevrildi. Sürücülərin özünəməxsus formada etirazının iki tərəfinin olduğu aydındır.
Birinci tərəfi etirazın səbəbləridir. Məsələ aidiyyəti orqanlar tərəfindən araşdırmaya götürülüb.
İkinci tərəf sürücülərin etiraz istəyinin paytaxtın baş arteriyasının qapadılmasına, minlərlə insanın işə gecikməsinə və əlavə problemlərə yol açmasıdır. Hadisədən sonra sürücülərin özləri də atdıqları addımın problem yaratdığını anladıqlarını bildirirlər və buna görə üzr istədilər.
Mövcud qanunvericilikdə belə addım ictimai qaydanın kobud şəkildə pozulması olaraq ehtiva olunur. Cinayət Məcəlləsinin 233-cü maddəsində ictimai qaydanın kobud surətdə pozulması, yaxud hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa, eləcə də nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə müvafiq cəzalar nəzərdə tutulur. Bura cərimə və islah işlərinə cəlb etmə kimi hallar daxildir. Sürücülərin addımının yaratdığı problem də bu qəbildəndir, buna görə məsələnin araşdırılması, lazım ölçülərin götürülməsini qanun tələb edir.
Birinci tərəfini – etirazın səbəblərini müvafiq orqanlar araşdırır, ikinci tərəfi isə hüquq-mühafizə orqanlarının işidir. Bunun üçüncü tərəfi yoxdur, siyasətlə isə ümumiyyətlə yaxından-uzaqdan əlaqəsi mövcud deyil.
Amma və lakin...
TIR sürücülərinin birbaşa öz işləri ilə bağlı narazılığından, dövlət orqanlarının isə paytaxtın ana magistralında yaranmış vəziyyətdən qaynaqlanan mövqeyini siyasiləşdirmək istəyənlərin olduğu müşahidə olunur. Xüsusilə radikal müxalifət, özlərini hüquq müdafiəçisi kimi göstərən bəzi şəxslər baş verənlərdən yararlanmaq istəyir. Misal üçün, hüquq müdafiəçilərindən biri gecə yarısı polis bölməsinin qarşısında canlı yayım açaraq, sürücünün “haqqını müdafiə” etməyə cəhd göstərir. Doğrudanmı məqsəd budur? Axı qanunla saxlanılan şəxs ya özü vəkil dəvət edir, ya da dövlət vəkillə təmin edir. Rəsmi məlumata görə, saxlanılan sürücü Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. Araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Nə sürücü, nə də dövlət polis bölməsinin qarşısından canlı yayıma çıxmaq istəyən hüquq müdafiəçisini ora dəvət etməyib. Bəs, o(nlar) niyə belə edirlər?
Birincisi, hüquq müdafiəçisi adı altında fəaliyyət göstərən, xüsusilə radikal müxalifətin çevrəsində gəzənlər bu kimi hallardan özləri üçün xal qazanmağa çalışır. Ən çox da cəmiyyətin müzakirə etdiyi məsələləri “diqqətdə” saxlamaq, bu məsələlər üzərindən xal qazanmaq cəhdləri olur.
İkincisi, baş verən hadisə siyasətlə heç bir bağlılığı olmasa da, radikal müxalifət bunu gündəmə gəlmək üçün fürsət hesab edir.
Uzun müddətdir səsi gəlməyən AXCP üzvlərinin, Əli Kərimli və ətrafının, eləcə də digər fürsətçillərin aktivləşməsinin səbəbi budur. Onlar məsələni şişirtmək, bütün qayğısı sürdüyü TIR və daşıdığı yük olan sürücülərdən zorla “siyasi fəal” düzəltmək istəyirlər. Çünki belə hadisələr nadir hallarda olur və radikal müxalifət üçün hava-su kimi lazımlıdır:
- Sosial şəbəkələrdə müzakirə etməyə mövzu tapırlar;
- Məsələni siyasiləşdirməklə, hakimiyyəti ittiham etmək imkanı qazanırlar;
- “Gördünüz, biz bu hakimiyyətin belə olduğunu deyirdik, bu da sübut” kimi çəpər davasını xatırladan arqumentlər tapırlar;
- Və ən əsası “pul yeməyə” mənbələri olur;
Məlumatlara görə, ABŞ-ın NDİ təşkilatı yenidən nəzərlərini Azərbaycana yönəldib və radikal müxalifət üçün kisəsinin ağzını açıb. Bu kimi təşkilatların verdikləri pul qarşılığında bir tələbləri olur: hakimiyyətə maksimum hücum etmək və davamlı olaraq sosial narazılığı körükləmək;
Hərçənd, bunun üçün motiv lazımdır və “TIR aksiyası” radikal müxalifətə aldıqları pulu mənimsəmə mənbəyi oldu. Görünür, NDİ-nin ayırdığı vəsaitin bir hissəsi Gürcüstanda nəğdləşdirildikdən sonra onlara çatdırılıb və pulun xeyli hissəsi gecə demarşı ilə artıq mənimsənilib. Bu birinci hal deyil və illərin təcrübəsi göstərir ki, illər boyu bu şoumenlər ən xırda məsələni qlobal problem kimi təqdim etməklə öz varlıqlarını nümayiş etdirməyə, guya sadə insanların, xalqın yanında olduqlarını göstərməyə çalışdılar, araşdırdıqda isə məlum olur ki, Qərb fondlarının ayırdığı pulların yuyulması prosesi gedir. Onların gerçək kimliyi Vətən müharibəsinə münasibətdə ortaya çıxdı. Ölkədə kiçikdən böyüyə hər kəs Vətən uğrunda ölüm-dirim savaşını qeyd-şərtsiz dəstəkləyənlər bunlar Azərbaycan Ordusunun müqəddəs müharibəsini də gözdən salmağa cəhd edirdi.
İndi dərdləri nə TIR sürücüləri, nə hadisənin səbəbləri, nə də problemin həlli deyil. Yaranmış situasiyadan maksimum istifadə etmək, gündəmə gəlmək və ayrılan maliyyəni mənimsəməkdir. Onları nə sadə vətəndaş, nə də elə bu gün “müdafiə etdikləri” TIR sürücüsü maraqlandırmır. Əksinə, sürücülərin üzləşdiyi məsələnin həll edilməməsində daha çox maraqlıdırlar, çünki proses nə qədər çətinləşərsə, onlar daha çox qazanacaq.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı