Rusiya-Ukrayna gərginliyindən qazananlar: Əgər müharibə başlasa... - ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

Rusiya-Ukrayna gərginliyindən qazananlar: Əgər müharibə başlasa... - ŞOK PROQNOZ

Rusiya-Ukrayna gərginliyinin artması fonunda Ukraynadan kapital axışı artıq 12 milyard dolları keçib və ümumi daxili məhsulun az qala 10%-i civarındadır. Bu, kifayət qədər böyük məbləğdir və Ukrayna iqtisadiyyatına zərbə vurur. Heç də təsadüfü deyil ki, həm ölkə prezidenti, həm də digər dövlət rəsmiləri bu isterikanın Ukrayna iqtisadiyyatına çox ciddi zərbə vurduğunu söyləyirlər. Amma bu, Rusiya iqtisadiyyatına da təsir edir.

Bunu Publika.az-a Rusiya-Ukrayna gərginliyinin qlobal iqtisadiyyata təsirini şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, baxmayaraq ki, xarici faktorları nəzərə almasaq hazırda Rusiya iqtisadiyyatında sakitlik olmalı idi. Ancaq burada da dalğalanmalar müşahidə olunur: “Son iki həftədə Rusiyanın daxili səhm bazarında enmələr müşahidə etdik, rublun dəyərdən düşməsini gördük. Halbuki neft qiymətləri 95 dollar civarındadır. Bu da Rusiya iqtisadiyyatına, ən azından rubla dəstək olmalı idi. Amma dolayısı ilə hələ ki, səhm bazarında nə qədər enmələr olsa da, rubl ilə bağlı problemlər yaşansa da, Rusiya neft və qazın qiymətinin artmasından qazanır. Rusiyanın gündəlik qazancı bu gün itirdiklərindən daha çoxdur. Bu isterika dünya bazarında enerji daşıyıcılarının qiymətini artırır və nəticə etibarilə də Rusiya daha çox pul qazanır. Rusiyanın gündəlik neft-qaz gəlirləri artıq 100 milyon dollara yaxınlaşıb. Bu, kifayət qədər böyük rəqəmdir. Ona görə də burada perspektiv olaraq Rusiya iqtisadiyyatına sanksiyalar qoyulacaqsa, böyük ziyan vuracağını söyləmək mümkün olsa da, amma indiki şəraitdə hələlik kəskin sanksiyaların olmadığı bir şəraitdə Rusiya iqtisadiyyatı bu isterikadan qazanan kimi görünür”.

src="/storage/files/upload/ab15b85f88906ab0da464de5d100848b58d83e10.jpg" style="width: 850px; height: 566.667px;" class="fr-fic fr-dib fr-fil">N.Cəfərli qeyd edib ki, mövcud gərginlik fonunda Amerika Avropanın qaz bazarında öz mövqelərini gücləndirməyə çalışır: “Çünki Rusiya qaz bazarında çox böyük rola malikdir. Rusiya Avropa qaz bazarının 1/3-dən yuxarısını təşkil edir, yəni bir ildə Avropa İttifaqı ölkələrinə 170 milyard kubmetr qaz verir. Gərginlik fonunda ABŞ şirkətləri Avropaya nəzərdə tutulan qaz ixracatını artmağı düşünür. Avropa bazarı kifayət qədər cəlbedici bazardır. Bu gün qiymətlər məsələn, 1000 kubmetr qaz 800 dollardır, hətta 2 min dollara qalxdığı da olub. Hələlik görünən odur ki, burada udan və uduzan tərəflər var. Amma bu gərginlik lap yüksək səviyyəyə çatarsa, hamı uduzacaq. Çünki Avropa İttifaqının Rusiyadan asılı olduğu məqamlar var. Aİ Rusiyadan hər gün təqribən 5 milyon barrelə yaxın neft alır. Qaz təchizatı da illik 170 milyard kubmetrə yaxındır. Gərginlik lap yüksək səviyyəyə çatsa, dünya iqtisadiyyatında böyük dalğalanmaların olması ehtimalı da təəssüf ki, kifayət qədər böyükdür”.

Ekspert əlavə edib ki, gərginliyin region ölkələrinə müxtəlif təsir dərəcələri var: “Ukrayna ilə kifayət qədər sıx əlaqələri olan dövlətlər var. Azərbaycanın da bu ölkə ilə sıx münasibətləri mövcuddur. Gərginliyin artması region ölkələrində ticarət dövriyyəsinə, logistikaya, hava daşımalarına və bir çox sahələrə təsir göstərəcək. Regionda Ukrayna ilə daha çox Azərbaycan və Gürcüstanın sıx əlaqələri var. Amma dolayısı ilə Rusiya iqtisadiyyatında dalğalanmalar olduqca, Ermənistan iqtisadiyyatına daha ciddi mənfi təsir göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm