Nida.az
Erməni xalqı xoşbəxt həyata həsrət qalacaq - Politoloq
“Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, əli azərbaycanlıların qanına batmış cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə keçiriləcək hərbi təlimlər ermənilərin həyasızlığını nümayiş etdirən növbəti faktdır. Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır. Sual yaranır ki, bu təlimlər hansı məqsədlə və kimə qarşı keçirilir? Ümumiyyətlə, erməni quldur dəstələrinin Qarabağda nə işi var? 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndi Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin qalmasını istisna edir. Həmin bəndə əsasən, Rusiya sülhməramlı kontingenti erməni hərbçilərinin çıxarılmasına paralel şəkildə Qarabağa yerləşdirilməli idi. Belə olan halda sülhməramlılar niyə bu təxribata göz yumurlar?”
Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Politoloqun sözlərinə görə, qondarma rejimin hərbi təlim keçirmək cəhdi regionda onsuz da kövrək olan sülh mühitini ciddi şəkildə zədələyəcək: “Ümumi gedişat isə yalnız iki tərəfə zərər vura bilər. Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Onsuz da xaos girdabında çabalayan Ermənistan bu kimi avantürist cəhdlərlə özünü daha da çıxılmaz duruma salacaq. Azərbaycan Prezidentinin sülh çağırışlarına revanşist ruhlu bəyanat və addımlarla cavab verməyə çalışan ermənilər dəmir yumruğumuzun yerində olduğunu unutmamalıdır. 44 günlük müharibədən lazımi dərs çıxarılmayana qədər erməni xalqı xoşbəxt və firavan həyata həsrət qalacaq. Bir sözlə, Ermənistan və erməni xalqı üçün hazırkı böhrandan yeganə çıxış yolu 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdir”.
C.Əhmədli vurğulayıb ki, görünür, Rusiya sülhməramlı kontingenti öz mandatının çərçivələrini anlamaqda çətinlik çəkir, ya da anlamaq istəmir: “Sülhməramlıların əsas missiyası iki xalqın sülh və əmin-amanlıq içərisində yaşamasını təmin etməkdir. Yerləşdiyi ərazidə yerli icmalardan birinin hərbi təlim keçirməsinə göz yummaq qəti şəkildə sülhməramlı missiyanın mahiyyətinə ziddir. O baxımdan, ermənilərin Qarabağda davam edən hərbi təxribatları elə ilk növbədə Rusiyanın özünün imicini ciddi şəkildə zədələyəcək. Moskva anlamalıdır ki, Rusiya sülhməramlılarının Qarabağda gələcək mövcudluğu Azərbaycan tərəfinin mövqeyi ilə şərtlənəcək. Çünki torpağın sahibi və qalib tərəf Azərbaycandır!”
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
