Nida.az
Bu, Xocalıda, Xankəndidə bayrağımızın sancılmasına təminat verir - RƏY
“Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə gələcək təhlükəsizlik, ərazi bütövlüyü və separatçıların təmizlənməsi baxımından əlimizi gücləndirir. 1-ci bənddə deyilir ki, tərəflər bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir, eləcə də daxili işlərinə qarışmır”.
Bunu Publika.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
src="/storage/files/upload/139269df4f8e296a8fbbdbd8585ce2038346a7f7.jpeg" style="width: 434px; height: 250.273px;" class="fr-fic fr-dib fr-fil">
Politoloqun sözlərinə görə, bu maddə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını ehtiva edir: “Demək ki, həmin maddə Qarabağda separatçıların təmizlənməsi, Xocalıda, Xankəndidə Azərbaycan bayrağının sancılmasına təminat verir. 9-cu maddədə qeyd edilir ki, iki ölkə müharibədən sonra imzalanmış üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar və 26 noyabr – icrasına dəstək verəcəklər. Bu maddə 10 noyabr razılaşmasında yenə separatçıların təmizlənməsinə, 11 yanvar razılaşmasında kommunikasiyaların açılmasına təminat verir. 10-cu bənddə isə ifadə olunur ki, tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında əməkdaşlıq edəcək. Bu maddə bölgədə təxribatların qarşısının alınması, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımasını, yaxın gələcəkdə sülh sazişinin imzalanmasını ehtiva edir. 18-ci bənd də “Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər” müddəası öncə bəhs edilən müəddəalar kimi ərazi bütövlüyü, separatçıların qovulması prosesində üstünlüyümüzü təmin edir. Bu bəyannamədən irəli gələrək, Bakı cinayətkar Araik Arutunyanın Azərbaycana təhvil verilməsinə zəmanət əldə edə bilər”.
Z.Qarayeva vurğulayıb ki, bu razılaşma Minsk qrupu formatını tamamilə qüvvədən saldığı üçün Qərb cəbhəsi ilə fikir ayrılıqlarına səbəb ola bilər: “Lakin müqavilədə suverenlik və ərazi bütövlüyü məsələləri xüsusi vurğulandığı üçün Ermənistanın etirazını təxribatlarla edəcəyinə inam azdı. İndiki durumda İrəvanın Kremlin orbitindən tamamilə uzaqlaşması da mümkün olmadığı üçün məcburən Bakının şərtlərinə boyun əyəcək. Yəni, müttəfiqlik bəyanatı praktiki əhəmiyyətini qoruyub saxlayarsa, qısa müddət ərzində ərazi bütövlüyünü tamamilə təmin edə bilər ki, bu yöndə Qərbin hər hansı təhdidinə qarşı Şuşa bəyannaməsi uğurlu zəmanətdir”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





