Nida.az
Azərbaycanla İran arasında da müttifiqlik sazişi imzalanacaq - Politoloq açıqladı
“Biz Rusiya ilə həm strateji tərəfdaş, həm də qonşuyuq və imzalanmış bəyannamə iki ölkə arasında olan əlaqələri müttəfiqlik səviyyəsinə gətirib çıxarır. Müqavilədə qeyd olunan bəndlər bütün sahələri özündə ehtiva edir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O, qeyd edib ki, bu bəyannamə Azərbaycanın növbəti diplomatik uğurudur: "Azərbaycan Rusiya və Türkiyə ilə eyni regionda yerləşir və buranın təhlükəsizliyini təmin etmək üçün birlikdə addımlar atırlar. Ermənistan hər zaman çalışırdı ki, Rusiya ilə bizim aramızda gərginlik yaratsın. Ancaq ölkəmiz bu bəyannaməni imzalamaqla çox böyük irəliləyiş əldə etdi. Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılıqları ermənilər hər zaman pozurdular və bundan sonra yenə belə bir addım atsalar, biz tələb edəcəyik ki, Rusiya Ermənistana təzyiqlər göstərsin".
T.Abbasov vurğulayıb ki, Azərbaycanla İran arasında da bu yaxınlarda müttifiqlik sazişi imzalanacaq: “Biz gələcəkdə İranla müttəfiqlik bəyannaməsinin imzalanmasının şahidi olacağıq. Azərbaycan bu cür addımlar atmaqla bölgədə sülhün tərəfdarı olduğunu göstərir. Moskvada imzalanmış bəyannama Prezident İlham Əliyevin böyük uğurudur. İndiki vəziyyətdə bütün dünya Ukrayna böhranına görə Rusiya ilə üz-üzə qalıb, ancaq biz isə belə bir şəraitdə göstərdik ki, Azərbaycan qarşıdurmaya yox, əməkdaşlığa önəm verir. Ermənistan daxilində son zamanlar anti-Rusiya meyilləri güclənir. Onlar müharibə zamanı çalışırdılar ki, KTMT-ni qarşıdurmaya cəlb etsinlər, ancaq bacara bilmədilər. Çünki bizim diplomatiyamız bu addımın qarşısını qətiyyətlə aldı. Azərbaycanla Rusiya arasındakı bəyannamə gələcəkdə yaranacaq güclü əməkdaşlıqdan xəbər verir. Ermənistan isə qonşuları ilə mehriban dolanmağı bacarmır. Biz isə atdığımız addımlarla bütün dünyaya göstərdik ki, regionda sülhün tərəfdarıyıq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)