Nida.az
Ermənistan Xocalıya görə kompensasiya ödəməlidir - Əsgərov
"Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bu 30 il ərzində həm dövlətimiz, həm də dövlət orqanlarımız tərəfindən xeyli işlər görülüb".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.
Millət vəkili bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının parlamenti, eləcə də Heydər Əliyev Fondu tərəfindən bir sıra layihələr həyata keçirilib: "Dünən Milli Məclisin iclasında da qeyd olundu, bu günə kimi bir xeyli dövlət, həmin ölkələrin icraedici və qanunverici orqanları tərəfindən 30 il əvvəl Xocalıda baş verənlər soyqırımı hadisəsi kimi tanınıb. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının həm qanunvericilik, həm də icra orqanları tərəfindən Xocalı soyqırımının tanınmasına nail olmuşuq. Bizim əsas məqsədimiz bu tanınmanı davam etdirməkdədir. Nəticə etibarilə soyqırımın beynəlxalq təşkilatlarda tanınmasına nail olmaqdır. Eyni zamanda, məqsədimiz odur ki, bu cinayət bir də təkrarlanmasın. Ermənistan Azərbaycandan rəsmi şəkildə üzr istəməlidir. Vurulan ziyana görə kompensasiya ödəməlidir. Əgər onlara insan demək mümkünsə, Xocalı soyqırımını törədən "insanlar", canilər, koçaryanlar, sarkisyanlar ədalət məhkəməsinin qarşısında cavab verməlidirlər".
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
































.jpg)
.jpg)

