Nida.az
Hodcun bu cəhdi ikrah doğurur - Politoloq
“Marqaret Hodcun Azərbaycanı gərəksiz yerə sanksiya hədəfinə çevirmək təklifi qətiyyən başadüşülən deyil. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, heç bir hərbi-siyasi blokun tərkibində yer almayaraq özünün neytral statusu ilə beynəlxalq siyasətdə böyük hörmət qazanan Azərbaycanı Rusiya-Ukrayna müharibəsində tərəf kimi göstərib qaralamağa cəhd etmək yumşaq desək, cahillikdir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Ekspertin sözlərinə görə, bunu həm də riyakarlıq nümunəsi kimi dəyərləndirmək olar: “Haqlı olaraq sual yaranır ki, KTMT-nin üzvü olan, ərazisində Rusiya hərbi bazalarını yerləşdirmiş və Rusiya ilə dərin inteqrasiya şəraitində olan Ermənistanın adı niyə həmin siyahıda yoxdur. Deməli, Marqaret Hodc ermənipərəst dairələrdən aldığı sifarişi yerinə yetirir. Qeyd edim ki, Hodc Azərbaycanla yanaşı, Qazaxıstanın da adını sanksiya tətbiq edilməli ölkələr siyahısına daxil etməyi təklif etmişdi. Halbuki, Qazaxıstan rəhbərliyi bu yaxınlarda Rusiyanın Ukraynada hərbi əməliyyatlara dəstək olmaqla bağlı müraciətinə mənfi cavab vermişdi. O ki qaldı Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərimizə, burada qəribə və anlaşılmaz heç nə yoxdur. Çünki Rusiya bizim ən böyük qonşumuzdur. Bu ölkə ilə əməkdaşlıq münasibətlərimizi strateji müstəviyə qaldırmaq bizim milli maraqlarımıza tam cavab verir. Üstəlik, Azərbaycan Rusiyanın dominant olduğu heç bir təşkilatda yer almır. Ölkəmizin nə Avrasiya İttifaqı Birliyi, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hər hansı əlaqəsi mövcuddur. Belə olan halda Hodcun Azərbaycana sanksiyaların tətbiq edilməsi ilə bağlı təklifi tamamilə əsassız və məntiqsizdir”.
C.Əhmədli qeyd edib ki, Marqaret Hodcun Azərbaycana qarşı çıxışları hələ 2017-ci ildən başlayıb: “Onun təmsil etdiyi Leyboristlər Partiyasının isə erməni lobbisi ilə əlaqələri ən yüksək səviyyədə qiymətləndirilir. Digər tərəfdən, Hodcun Belarusda böyük biznes şəbəkəsinin olduğu deyilir. Mətbuatda yayılan məlumatlara görə, Belarusda yerləşən dünyaca məşhur “Stemcor” metaləritmə zavodu onun ailəsinə məxsusdur. Beləliklə, Rusiyanın ən yaxın müttəfiqi ilə iş birliyində olub milyonlar qazanan bir parlamentarinin Azərbaycanı Rusiya ilə əlaqələrinə görə sanksiya siyahısına daxil etmək cəhdi gülüş və ikrah doğurur”.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)






.jpg)
.jpg)
















.jpg)


