Nida.az
Azərbaycan çalışır ki, balansı qorusun - Bağırzadə
"Rusiya ilə Ukrayna arasında başlanan münaqişədən az vaxt ötməsinə baxmayaraq, bir sıra Qərb dövlətlərindən və xüsusən də Fransa Prezidenti Emmanuel Makrondan Prezident İlham Əliyevə zənglər olub. Avropa İttifaqına üzv dövlətlərin komissarları da bu ərəfədə Azərbaycanla əlaqədar fikirlərini deyiblər. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətləri olan azsaylı dövlətlərdəndir və çalışır ki, bu balansı qorusun".
Bunu Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloqun sözlərinə görə, biz Azərbaycan dövləti olaraq cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik və torpaqlarının başqa dövlət tərəfindən ilhaq olunmasını qəbul etmirik: "Yəni, Azərbaycan beynəlxalq hüquqi müstəvidə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında münaqişənin dayandırılması üçün əllərindən gələni edirlər. Azərbaycan həmçinin bu ərəfədə Ukraynaya böyük humanitar yardım edir və hətta bir neçə gün bundan öncə də beynəlxalq mətbuatda Azərbaycan dövlətinin təcili yardım, eyni zamanda yanğısöndürmə maşınlarına pulsuz benzin yardımı da dərc olunub. Bundan başqa, Azərbaycan Ukraynada yaranmış vəziyyətlə əlaqədar beynəlxalq təşkilatlarla mülki vətəndaşların münaqişə zonalarını tərk etməsi üçün koridorun açılması ilə bağlı xeyli işlər görür. Digər tərəfdən Fransa ilə Azərbaycan arasında Qarabağ münaqişəsi ilə əlaqədar gərginlik var idi".
Y.Bağırzadə vurğulayıb ki, azırda bizim Fransa ilə birbaşa enerji mübadiləmiz yoxdur: "Ancaq Azərbaycan dövlətinin bugünkü münaqişə ilə əlaqədar mövqeyi xeyli güclü olduğuna görə, Fransa Prezidenti artıq iki dəfə cənab İlham Əliyevə müraciət edib".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
