Nida.az
Volkov geri göndərilməlidir - Politoloq
Son günlər Ermənistanın Azərbaycana qarşı məqsədli şəkildə təxribatlar törətməsi heç cür anlaşılan deyil. Bir çoxları düşünür ki, Qarabağın dağlıq hissəsində qanunsuz silahlı terrorçu birləşmələrinin təxribatlarında rusiyalı sülhməramlı kontingentin komandanı Andrey Volkovun “xüsusi rolu” var.
Politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlamasında bildirib ki, son günlər Qarabağın dağlıq hissəsində baş verən təxribatların arxasında rusiyalı sülhməramlılar dayanır:
“Tutaq ki, qaz xəttində hansısa nasazlıq yaranır, onu da dezinformasiya şəklində hansısa formada Azərbaycanın boynuna yıxırlar. Üstəlik, bunun ardınca daha bir təxribat da həyata keçirildi. Bildirildi ki, guya Qarabağdakı ermənilər Donbas separatçılarına humanitar yardım göndərirlər. Ermənilərin özlərinin vəziyyəti olduqca ağırdır, burada hansı yardımdan söhbət gedə bilər?! Bizim icazəmiz olmadan ərazilərimizdən hansısa ölkənin separatçılarına “yardım” göndərilməsi Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə tamamilə zidd bir yanaşmadır. Bütün bunların başında da Qarabağdakı sülhməramlıların komandanı Volkov dayanır”.
E.Şahinoğlu düşünür ki, general Andrey Volkov bu işləri özbaşına görmür: “Bununla bağlı o, öz rəhbərlərindən təlimatlar alır. Faktiki olaraq Rusiyanın Müdafiə Nazirliyi də bu istiqamətdə təxribatlarla məşğul olur. Bu qurum öz saytında “Dağlıq Qarabağ” ifadəsinə yer verir. Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati vahid, ərazi adı yoxdur. Onlar bizim qanunlara da hörmət etmirlər. Azərbaycan Prezidentinin qərarı var, bu ərazilərdə bölgü Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur olaraq adlandırılıb. Ruslar buna da hörmət etmirlər. Volkovun göndərilməsi üçün Azərbaycan tərəfi Rusiyaya öz etirazını bildirməlidir ki, bu adam Qarabağda işləyə bilməz. Aydındır ki, onunla bağlı qərarı Moskvada verəcəklər”.
Politoloq hesab edir ki, separatçıları tərk-silah etmək bizim hüququmuzdur:
“Amma reallıq da var. Reallıq ondan ibarətdir ki, orada rusiyalı hərbçilər mövcuddur. O zaman biz həmin sülhməramlı hərbçilərlə toqquşa bilərik. Rusiyaya isə bəhanə lazımdır. Hazırda Ukraynada müharibə gedir. Kreml bu bəhanədən istifadə edə bilər. Onsuz da son dönəmlər Azərbaycana qarşı təzyiqlərini artırırlar. Xarkovdakı konsulluğumuz da vurulub. Təyyarələrimiz Moskvaya uça bilmir. Ona görə də bizi tələyə salmaq istəyə bilərlər, amma separatçıları da tərk-silah etmək bizim hüququmuzdur. Orada Azərbaycan qanunları işləməlidir. Şuşanın kəndləri azad olunmalıdır. Xocalını və digər ətraf əraziləri də azad etməliyik. Amma çox acı bir reallıq var və həmin reallıq bizə müəyyən qədər mane olur”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
