Nida.az
Bu sənəd böyük əhəmiyyət daşıyır - Deputat
“Antalya Diplomatiya Forumu dünyanın əsas siyasi tədbirlərindən birinə çevrilməkdədir. Azərbaycan Prezidentinin orada iştirakı Azərbaycan-Türkiyə qardaşlığının nə qədər yüksək olmasının sübutudur”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət prinsipinin həyatda necə fəaliyyət göstərdiyini dünyaya nümayiş etdirir: “Dostluğumuz, qardaşlığımız, müttəfiqliyimiz hər iki ölkənin maraqlarına cavab verir. Antalya Diplomatiya Forumunda iki qardaş ölkə dünyada olan problemlərin həlli üçün öz töhfələrini verməyə hazır olduqlarını hər kəsə göstərəcəklər.
Bu gün Ukrayna və Rusiya arasında olan münaqişənin həll olunmasına çalışan ölkələr məhz Azərbaycan və Türkiyədir. Türkiyənin Rusiya və Ukrayna prezidentlərinin gürüşünü təşkil etmək təklifi bunun nümunəsidir. Antalyada keçirilən forumda hər iki prezidentin görüşü Azərbaycan-Türkiyə münasibətlərini daha da dərinləşdirəcək. Şuşa Bəyannaməsi adıçəkilən dövlətlərin münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Bu sənəd əməkdaşlığın bütün sahələrini ifadə edir. Bəyannamədə xüsusi vurğulanan məsələlərdən biri də hərbi-texniki əməkdaşlıqdır. Türkiyə NATO üzvü olsa da, iki ölkənin ortaq maraqları var. Azərbaycan və Türkiyəyə hərbi təcavüzün olmaması üçün bu sənəd böyük əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsinə uyğun olaraq hər iki dövlətin silahlı qüvvələri eyni standartlara uyğun olaraq qurulur. Azərbaycanın 44 günlük Vətən müharibəsi təcrübəsindən bütün dost ölkələr yararlanır. Azərbaycanla Türkiyə arasında olan əməkdaşlıq bundan sonra da inkişaf edəcək”.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı





































