Nida.az
Separatçılar təxribat törətdikləri kəndlərdən çıxarılır?
“Son bir neçə gündə Qarabağın dağlıq hissəsində bizə qarşı təxribatları görməkdəyik. Ukrayna-Rusiya savaşının ilk həftəsi ərzində Qarabağda da sakitlik hökm sürürdü. Sonradan bir sıra qüvvələrin təhriki ilə Ağdam, Xocalı və digər istiqamətlərdə Azərbaycan Ordusu üzərində hücum edildiyinin, daha sonra atəş səslərinin eşidildiyinin şahidi olduq. Eyni zamanda, Ermənistandan Xankəndiyə gedən qaz borusunda problem yarandı və “bölgənin mavi yanacaqsız qalması” təxribatını da Azərbaycanın üzərinə atmaq istədilər. Bizi bunda ittiham edən qüvvələr də tapıldı. Əlbəttə, baş verənlər təəssüfedicidir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, yaxşı olardı ki, Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların komandanı Andrey Volkov, həm də oradakı separatçılar dünyadakı mövcud reallığı düzgün başa düşsünlər:
“Öz məsuliyyətlərini anlasınlar və bu kimi təxribatlardan çəkinsinlər. Əks təqdirdə Azərbaycan Ordusunun qarşısını heç kəs ala bilməyəcək. Bu aspektdən düşünürəm ki, hazırda nə lazımdırsa, edilir. Proseslər gedir. Bütün bunlar hələlik qapalı şəkildə baş tutsa, daha yaxşı olar. Görünən odur ki, doğrudan da Qarabağın dağlıq hissəsində proseslər sakit vəziyyətdən dinamik səviyyəyə keçməkdədir. Eyni zamanda, bəzi adamların mətbuatda yazdığı kimi, müharibəyə və ya digər proseslərə şahidlik etməyəcəyik. Əksinə, biz Azərbaycan Ordusunun ağıllı şəkildə ağıllı gedişlər edəcəyini və öz məqsədlərinə çatacağını görəcəyik. 10 noyabr 2020-ci ildə qəbul edilmiş üçtərəfli bəyanatın qəbul edilməsindən sonra biz bir neçə dəfə bu kimi amilləri görmüşük. Ordumuz Ermənistan-Azərbaycan sərhədində, eyni zamanda Qarabağın dağlıq hissəsindəki ərazilərdə öz yerdəyişmələrini edə bilər. Eləcə də ermənilərin təxribatlarla məşğul olduğu bəzi kəndlərdən onların uzaqlaşdırılmasının da bizim tərəfimizdən həyata keçirilməsi mümkündür”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





