Nida.az
Biz bu qətnaməni qəbul etmirik – Deputat
“Avropa Parlamentində təqdim olunan qətnamə layihəsində Qarabağda guya erməni mədəni irsinin dağıdılması göstərilir. Əslində, bunda təəccüblü nəsə yoxdur. Çünki bu cür hallar birinci dəfə deyil ki, yaşanır və sonuncu da olmayacaq. Avropa Parlamenti qəbul etdiyi bu qətnamə ilə Avropanın haqqa, ədalətə, demokratiyaya verdiyi dəyəri, göstərdiyi münasibəti əks etdirdi. Yəni, bu sənəd Avropa Parlamentində oturan, faşist ideologiyasına xidmət edən yaramazların yersiz və əsassız hərəkətlərini əks etdirir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan torpaqları 30 il işğal altında qalıb: “Azərbaycanın minlərlə yaşayış məntəqəsi viran edilib, yüzlərlə məscidi, qəbiristanlıqları dağıdılıb. Bu vəhşiliklərə bir dəfə də olsa, səs çıxarmayıblar. Azərbaycan Qarabağ ərazisində hansısa xristian məbədini dağıdıbsa, gəlsinlər, göstərsinlər. Bizim viran qoyulmuş abidələrimiz, yaşayış məskənlərimiz göz qabağındadır. Bu qətnaməni qəbul edərkən hansı dağıntıya əsaslanıblar?! Təbii ki, bu, onlar üçün maraqlı deyil. Sadəcə olaraq onlar bu hərəkətləri ilə dini-etnik ayrı-seçkiliyi, İslam dünyasına qarşı düşmənliklərini bir daha nümayiş etdirirlər. Avropa Parlamentində təmsil olunan Avropa dövlətlərində son 5-6 ildə nə qədər məscidlərə hücumlar edilib, dağıdılıb, yandırılıb, donuz başları qoyulub. Saysız-hesabsız müsəlmana qarşı sırf dininə görə işgəncələr edilib, öldürülüb, onlar təqiblərə məruz qalıb. Bütün bu yaramazlıqların törədiciləri onların özləridir. Bu kimi əməllərlə özlərinin İslam düşmənliyini, anti-demokratik, hüquqazidd hərəkətlərini nümayiş etdirirlər”.
E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, onların qəbul etdiyi bu qətnamələr bizim üçün bir dəfə istifadə olunub zibil qabına atılan kağız parçasından başqa bir şey deyil: “Azərbaycan haqq yolundadır və 44 günlük müharibə dövründə bir dəfə də olsun mülki əhaliyə qarşı qanunazidd əməllər törətməyib. Lakin ermənilər Azərbaycanın şəhərlərini bombaladılar, dinc əhaliyə qarşı qırğın törətdilər. Bəs niyə Ermənistana qarşı hər hansı sanksiya tətbiq olunmur?! Qarabağda ermənilərin bir dənə də qədim abidəsi yoxdur, hər biri alban abidəsidir. Onların da heç birinə ziyan dəyməyib. Müsəlmanların çoxluq təşkil etdiyi bir ölkə olduğumuza görə bu gün bizə qarşı bu cür qətnamələr qəbul edilir. Biz də müsəlman xalq kimi bu qətnaməni qəbul etmirik”.
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)














.jpg)












