Nida.az
Bu planın arxasında Volkov dayanır – Şərh
“Rusiya Müdafiə Nazirliyinin Ukraynaya yardım göndərən ölkələr arasında "Dağlıq Qarabağ" adlı subyektin adını xüsusi olaraq vurğulaması Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq təxribatdır”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
Onun sözlərinə görə, bu addım ötən ay imzalanmış strateji müttəfiqlik haqda Moskva Bəyannaməsinin ruhu ilə ziddiyyət təşkil edir: “Bəyannamənin müvafiq bəndlərində qeyd olunur ki, tərəflər bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş fəaliyyətlərin qarşısını qətiyyətlə almaq öhdəliyini üzərlərinə götürürlər. Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ" təqdimatı isə bunun əksini ortaya qoyur. Görünür, Rusiya tərəfi öhdəliklərini yerinə yetirməkdə niyyətli deyil. Belə olan təqdirdə hansı strateji müttəfiqlikdən söhbət gedə bilər?”
Politoloq əlavə edib ki, məlum olduğu kimi, Ukrayna cəbhəsində Rusiya ordusunun ardıcıl məğlubiyyətləri ilə bağlı məlumatlar daxil olmaqdadır: “Görünür, yaşanan uğursuzluqlar Rusiya Müdafiə Nazirliyinin qərarvericilərini çaşbaş salıb. Yoxsa indiki qəliz situasiyada öz strateji müttəfiqinə qarşı bu cür qəbuledilməz davranışı hansı məntiqlə izah etmək olar? Başqa sözlə, bu təxribatın arxasında dayananlar ya başlarını itiriblər, ya da məqsədli şəkildə Azərbaycanı Rusiyadan uzaqlaşdırıb Moskva Bəyannaməsini suya atmağı planlaşdırırlar. Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi həm də onu anlamalıdır ki, Azərbaycan Rusiya ilə normal münasibətlər saxlayan tək-tük ölkələrdəndir. Onsuz da həm beynəlxalq müstəvidə, həm də post-sovet coğrafiyasında nüfuzu getdikcə zəifləyən Rusiyanın Azərbaycana münasibətdə bu cür təxribatçı ritorikadan çıxış etməsi onun daha da təklənməsinə rəvac verəcək”.
C.Əhmədovun sözlərinə görə, şübhə yoxdur ki, təxribat planının arxasında sülhməramlı kontingentin rəhbəri Andrey Volkov şəxsən özü dayanır: “Ermənilərin yaşadığı ərazilərdə biznes quran, Azərbaycana qarşı xüsusi mənfi münasibəti ilə seçilən Volkovun təqdimatı ilə hazırlanan bu tipli məlumatlar Rusiya ilə Azərbaycan arasında əlaqələrə xələl gətirmək məqsədinə xidmət edir”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)