Nida.az
Biz güclərimizi birləşdirəcəyik - Naqif Həmzəyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasında rəsmi işgüzar səfərdə oldu. Ankara səfəri zamanı dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutdu. Bu görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdirilməsi vurğulandı və bu səpkidə müzakirələr təşkil olundu. 4 saatdan çox davam edən bu görüş zamanı müttəfiqliklə bağlı bütün məqamlar bir daha nəzərdən keçirildi. Xüsusilə post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasındakı əlaqələrin normallaşması perspektivləri bir daha nəzərdən keçirildi. Zəngəzur dəhlizinin açılması üçün görülən işlər və xüsusilə Qarsla Naxçıvan arasında dəmiryolu xəttinin çəkilməsinin əhəmiyyəti qeyd olundu.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Naqif Həmzəyev deyib.
Millət vəkili qeyd edib ki, post-münaqişə dövründə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə yanaşı, Türkiyə-Ermənistan əlaqələrində də yaxşılaşma müşahidə olunur:
“Bununla əlaqədar olaraq Türkiyə və Ermənistan tərəfinin xüsusi nümayəndələri təyin olunub. Bu xüsusi nümayəndələr arasındakı təmaslar da prezidentlərin görüşləri zamanı müzakirə olunmuşdu.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox aktiv rol oynamaqdadır. Xüsusilə Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çatdırılması artıq reallaşıb. Bu qaz dəhlizi vasitəsilə Avropanın qaz təchizatının artırılması imkanları iki prezident arasında yenidən gündəmə gətirildi. Gələcək üçün İğdır- Naxçıvan qaz xəttinin çəkilməsinə dair planlar quruldu. Azərbaycan dövləti tərəfindən bununla əlaqədar investisiya nəzərdə tutulduğu xüsusilə vurğulandı.
Hazırda dünya gündəmini tutan Ukrayna-Rusiya münasibətlərindəki gərginlik regionumuza mənfi təsirlərini göstərir. Prezident İlham Əliyevin, eləcə də Rəcəb Tayyib Ərdoğanın bu müharibənin tezliklə dayandırılması ilə əlaqədar şəxsi təşəbbüslərini ortaya qoymasını çox müsbət qiymətləndirmək olar. Həmçinin, tezliklə iki dövlət arasında sülh imzalanmasının və müharibənin dayandırılmasının ən optimal variant olduğu qeyd edildi”.
N.Həmzəyev bildirib ki, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında baş tutmuş görüş çox məhsuldar və uğurlu oldu:
“Hesab edirəm ki, iki qardaş dövlət arasında münasibətlərin yaxşılaşdırılması və əlaqələrin gücləndirilməsi üçün bu görüşün əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyev tərəfindən Rəcab Tayyib Ərdoğan Azərbaycana dəvət olundu. Düşünürəm ki, iki dövlət birlikdə bütün çətinlikləri arxada qoya biləcək və dövlətlərimizin rifahı, iqtisadiyyatımızın güclənməsi naminə biz güclərimizi birləşdirəcəyik. 2022-ci ildə hədəfdə olan bütün məsələlər də öz həllini tapacaq”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






